Icma.az
close
up
RU
Mikayıl Cabbarov: “Azərbaycan valyuta ehtiyatlarına görə Cənubi Qafqazın lideridir”

Mikayıl Cabbarov: “Azərbaycan valyuta ehtiyatlarına görə Cənubi Qafqazın lideridir”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ötən ilin 10 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi 6,8% olduğu halda, cari ildə artım tempi yavaşıyaraq 3,1%-ə enib.
Bu yavaşımalar demək olar ki, bütün sahələrdə müşahidə olunur. Məsələn, tikintidə artım tempi 15,5%-dən 4,6%-ə, nəqliyyat sektorunda 15,7%-dən 2,4%-ə, turizm sektorunda 11,3%-dən 9,2%-ə, ticarətdə 3,7%-dən 3,3%-ə, rabitə və informasiya sektorunda 12,1%-dən 8,5%-ə enmişdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“ÜDM-i formalaşdıran hər bir sahədə cavabdeh dövlət qurumlarının sahəvi inkişaf hədəflərinə nail olmaq, o cümlədən sahənin artımı, sahəvi özəl investisiya, ixrac, iş yerləri kimi ölçülə bilən fəaliyyət göstəricilərinin formalaşması çağırışı ilə rastlaşırıq. Bu mənada aparıcı maliyyə-iqtisadi orqanların fəaliyyəti ilə ÜDM-i formalaşdıran sahəvi qurumların iqtisadi artıma xidmət edən hədəflərinin koordinasiyası məsələləri xüsusi əhəmiyyət kəsb edir.  

İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir”-deyə, M.Cabbarov qeyd edib.Nazir əlavə edib ki, iqtisadi artıma dəstəyin potensial alətləri var:

“İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir. Özəl investisiyaların artırılması vasitələri çox müxtəlifdir. 

Bunlar arasında 2022-ci ildə qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı haqqında qanunun tətbiqi (dəniz suyunun duzsuzlaşdırılması layihəsi), bank sektorunun real sektora daha aktiv dəstək imkanlarının reallaşması, o cümlədən faiz dərəcələri üzrə, pul siyasətinin inflyasiya hədəfinə xələl gətirmədən investisiya yönümlü iqtisadi artıma dəstək potensialının istifadəsi, kreditlər üzrə faiz subsidiyası və zəmanətli dövlət alışı mexanizmlərinin genişləndirilməsi, birbaşa xarici investisiyaların cəlbi kimi alətlər mühüm əhəmiyyət kəsb edir”.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan öz inkişaf miqyasına, resurslarına, iqtisadiyyatın dayanıqlığına, o cümlədən valyuta ehtiyatlarına görə Cənubi Qafqazın lideridir, Mərkəzi Asiyada isə aparıcı ölkələrdən biridir:

“Ölkənin mövcud üstünlükləri və potensialı, təbii-coğrafi üstünlüklər, nəqliyyat dəhlizləri, iqtisadi fəaliyyət ənənələri, mövcud bacarıqları və s. nəzərə alınmaqla qarşıdakı strateji dövrdə iqtisadi artımın bəzi əsas drayverləri kimi potensial enerji habı və ticarəti imkanlarını, yaşıl energetikanı, nəqliyyat-tranzit-logistika sahəsini, qeyri-neft-qaz sənayesini, o cümlədən dağ-mədən və neft-kimya sənayesini, daşınmaz əmlak və tikinti sektorunu, Ələt iqtisadi zonasını, rəqəmsal iqtisadiyyata keçidi, turizm və əyləncə sektorunu, müxtəlif xidmətlər (İT, maliyyə, səhiyyə və s.) ixracını göstərmək olar. 

Rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi artım üçün ən vacib şərtlərdən biri də iqtisadiyyatın bütün sahələrində, o cümlədən ixracyönümlü sahələrdə yüksək texnologiyalardan və süni intellektin tətbiqi əsasında məhsuldarlığın artırılmasıdır”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri