Mikayıl Cabbarov: Bu, son 16 ildə ən çox iştirakçının qatıldığı turnirdir
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu yarış son 16 ildə keçirilən analoji çempionatlar arasında ən çox iştirakçının qatıldığı turnir olub”.
Bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bakıda keçirilən U-17 dünya çempionatının açılış mərasimində deyib.
O bildirib ki, yarışda 677 idmançı, 270 məşqçi və 34 beynəlxalq dərəcəli hakim iştirak edir:
“Ümumilikdə isə bu tədbirlə əlaqədar mindən çox nümayəndə ölkəmizə gəlib. İştirakçıların sayının bu qədər çox olması Dünya Güləş Birliyinin Azərbaycana göstərdiyi etimadın, eləcə də ölkəmizin beynəlxalq idman tədbirlərini ən yüksək standartlar səviyyəsində təşkil etmək imkanlarının növbəti təsdiqidir”.
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin rəhbərliyinə, Büro üzvlərinə və qurumun prezidenti Nenad Laloviçə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















