Mikayıl Cabbarov: Paris Sazişinin 6cı maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var
"Paris Sazişinin 6.4-cü maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Düşünürəm ki, artıq 6.4-cü maddə üzrə ilk müsbət nəticələrimiz var. On ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik", - o bildirib.
Baxış sayı:58
Mənbə:https://oxu.az