Icma.az
close
up
RU
Fransa ABŞ a müharibə elan edir?

Fransa ABŞ a müharibə elan edir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qrenlandiya uğrunda “mübarizə” Paris ilə Vaşinqtonu üz-üzə gətirir

ABŞ-nın yeni prezidenti Donald Trampın inauqurasiya ərəfəsində, eyni zamanda, öz səlahiyyətlərinin icrasına başladıqdan sonra səsləndirdiyi bəyanatlar,  xüsusilə Qrenlandiya ilə bağlı fikirləri Avropa ictimaiyyətində ciddi narahatlıq yaradıb. Tramp bəyanatların birində açıq şəkildə bəyan edib ki, o, Qrenlandiyanı diplomatik-siyasi yolla Danimarkadan alıb ABŞ-ın 51-ci ştatına çevirməkdə iddialıdır,  hətta bu məsələdə israr edir. Trampın bu bəyanatına Danimarkanın baş naziri Mette Frederiksenın reaksiyası gecikməyib - ciddi narahatlıq içində olan xanım Frederiksen Aİ-nin dəstəyini almaq üçün Almaniya və Fransa, o cümlədənn Brüsselə səfər edib - görüş zamanı kansler Olaf Şolts və prezident Emmanuel Makron bu məsələdə Danimarka ilə həmrəy olduqlarını bəyan ediblər.

“Politico”-nun məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot  ölkəsinin “Sud” radiosuna müsahibəsində bildirib ki, o, Mette Frederiksenlə görüş zamanı Parisin Qrenlandiyaya qoşun göndərmək təklifini müzakirə edib. “Paris Danimarka ilə Qrenlandiyada qoşun yerləşdirməyi müzakirə etməyə başlayıb. Danimarka kömək çağırarsa, Fransa orada olacaq”, - nazir vurğulayıb. Nazir əlavə edib ki, zərurət yaranarsa, digər Avropa İttifaqı ölkələri də öz ordusunu Qrenlandiyaya göndərə bilər.

Qrenlandiyanın hərbi-strateji üstünlüyü...

Bir sıra ekspertlər hesab edirlər ki,  Şimal Buzlu və Atlantik okean arasında yerləşən Qrenlandiya Tramp administrasiyasının qlobal strategiyasında geostrateji, geoiqtisadi və hərbi-təhlükəsizlik amilləri baxımından önəmli prioritetdir.  Onlar belə qənaətə gəliblər ki, Tramp Qrelandiyanı ABŞ-ın əsas təhlükəsizlik xətti sayılan Şimal xətti üzrə əsas dayaq nöqtəsi kimi qiymətləndirir - ABŞ hesab edir ki, Rusiya və Çinə qarşı tədbirlərinin təmas xəttini Qrenlandiyaya daşımaqla təhlükəni “əsas torpaqdan” uzaqda saxlaya bilər. Başqa sözlə, ABŞ-ın öz ballistik silahlarını bir az daha “düşmənlərinə yaxınlaşdırmaq” üçün Qrenlandiyadan istifadə edəcəyi istisna olunmur. Donald  Trampın Qrelandiyada ABŞ-ın hərbi bazalarının olmasına baxmayaraq, bu bölgədə ABŞ-ın beynəlxalq ballistik raket sisteminin qurulmasında  iddialı olması da düşünülür.

ABŞ-ın iqtisadi maraqları...

Trampın Qrenlandiyada iqtisadi maraqlarının olduğu da düşünülür. Belə ki, ekspertlər  yaxın gələcəkdə Arktikada buzların əriməsi nəticəsində Atlantik və Sakit okeanı, habelə Şimali Amerika ilə Avropanı bir-birinə birləşdirəcək yeni beynəlxalq marşrutun  yaranması ehtimalına toxunurlar ki, təbii olaraq bu yol Vaşinqtonun diqqətindən yayına bilməz - bu marşrut Panama kanalına paralel strateji əhəmiyyət daşıya bilər.

Eyni zamanda, Qrenlandiyanın təbii sərvətlərlə zəngin olması da ABŞ-ın bölgəyə diqqətini artırıb - bölgədəki neft-qaz ehtiyatlarının gələcək istismarı ABŞ iqtisadiyyatı üçün əhəmiyyətlidir. Həm də bu ehtiyatlar Avropanın enerji təminatını da ABŞ-ın nəzarətinə keçirəcək.

Fransa Qrenlandiyada nə axtarır?

Parisin Qrenlandiyaya qoşun göndərməklə bağlı təklifi isə birmənalı qarşılana bilməz - bu təklifin arxasında, sözsüz ki, siyasi və iqtisadi məqsədlər dayanır. İlk növbədə qeyd edək ki, son zamanlar Makron hakimiyyətinin ölkə daxilində etibarı, şəxsən Makronun özünün isə nüfuzu xeyli dərəcədə aşağı düşüb, eləcə də Fransa Avropa məkanında ciddi nüfuz itkisinə məruz qalıb - Aİ-də yalnız Almaniyanın qərarlarına hörmətlə yanaşılır. Fransa bundan əvvəlki “lider” postunu artıq yenidən Berlinə qaytarıb.  Beləliklə, Makron həm ölkəsi daxilində, həm də ümumən Avropa məkanında siyasi reputasiyasını bərpa etmək üçün əlinə düşən şansdan yararlanmağa çalışır - özünü Avropanın təəssübünü çəkən ölkə kimi qələmə vermək istəyir. Başqa sözlə, Makron hakimiyyəti düşdüyü acınacaqlı vəziyyətdən xilas olmaq üçün Qrenlandiya məsələsindən münasib imkan kimi istifadə etmək niyyəti güdür.  Fransa özünü elə göstərməyə çalışır ki, guya o, Danimarkanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istənilən addımı atmağa və hər an Avropanın keşiyində durmağa  hazırdır. Əslində isə Parisi nə Danimarkanın ərazi bütövlüyü, nə də Avropanın təhlükəsizliyi maraqlandırır,  əksinə Paris  Avropada özünü lider dövlət kimi göstəmək üçün hazırki vəziyyətdən sui-istifadə etmək istəyir.

Parisin alt niyyəti...

Makron Qrenlandiya məsələsinə özünün siyasi xilası kimi baxır. Əgər Fransanın əlinə belə imkan düşərsə,  şübhəsiz ki,  bununla kifayətlənməyəcək - istənilən məsələdə öz məkrli siyasəti ilə seçilən Paris Arktika regionunda ABŞ və digər güc mərkəzləri ilə rəqabətə girməyə cəhd edəcək.  Qeyd etmək lazımdır ki, ABŞ kimi Fransanın da Qrelandiyada geostrateji və geoiqtisadi maraqları var -  Paris də Arktikadakı enerji resurslarına göz dikib. Danimarkanı müxtəlif bəhanələrlə razı salıb “təhlükəsizliyin təminatı” adı altında Qrelandiyada öz hərbi-strateji mövqeyini formallaşdırmaq, növbəti mərhələdə  isə bölgədə geoiqtisadi maraqlarının təminatına yol açmaq - yeni alternativ marşruta nəzarət etmək və enerji resurslarını istismar etmək Fransanın başlıca ambissiyasıdır.

Fransa oda benzin tökür - nəticəsi isə bəllidir

Öz absurd ambisiyalarının arxasınca qaçmağı sevən Makron hakimiyyətinin təklifi Arktika bölgəsini ABŞ ilə Aİ arasında geosiyasi mübarizə meydanına çevirə bilər. İki tərəf arasında hərbi toqquşma qeyri-mümkün olsa da, diplomatik-siyasi və iqtisadi müstəvidə qarşılıqlı mübarizəyə şahid ola bilərik - bu mübarizənin yükünü Aİ deyil, məhz Fransa çiyinlərində daşıyacaq, belə hesab etmək olar ki,  Paris ABŞ-la rəqabətdə yalnız qalacaq. Ümumiyyətlə, Fransanın dünyanın supergüc ölkəsi və beynəlxalq təsir rıçaqlarına malik olan ABŞ-la geosiyasi və geoiqtisadi rəqabət aparmaq  iqtidarında deyil -  Makronun bu rəqabətdə məğlub olması ehtimalı daha çoxdur.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri