Icma.az
close
up
RU
Zaur Bayramlı: Trampın yeni miqrant siyasəti qanunvericiliyin bərpasına yönəlib, amma... MÜSAHİBƏ

Zaur Bayramlı: Trampın yeni miqrant siyasəti qanunvericiliyin bərpasına yönəlib, amma... MÜSAHİBƏ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Son günlər ABŞ-də miqrasiya siyasətində ciddi dəyişikliklər baş verib. Prezident Donald Trampın dəstəklədiyi yeni deportasiya qərarları çərçivəsində minlərlə qanunsuz miqrantın ölkədən çıxarılması planlaşdırılır.

Bu siyahıya müxtəlif ölkələrdən olan şəxslərlə yanaşı, azərbaycanlı miqrantlar da daxildir. ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin məlumatına görə, yüzlərlə Azərbaycan vətəndaşı deportasiya riski ilə üz-üzədir.

Bu qərar ABŞ-də yaşayan azərbaycanlı icması arasında ciddi narahatlıq yaradıb və onların gələcək taleyi ilə bağlı bir çox suallar ortaya çıxarıb.

Bunu azərbaycanlılara qarşı yönəlmiş siyasət adlandırmaq olarmı? 

ABŞ-də yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı Bakıvaxtı.az-a müsahibəsində bu suallara da aydınlıq gətirib.

- Trampın deportasiya siyasəti onun hansısa ölkəyə qarşı mövqeyi kimi hesablana bilərmi? 

Son günlərdə Amerikadan deportasiya ediləcək şəxslərin içərisində 709 nəfər azərbaycanlının olması o demək deyil ki, bu addım Trampın anti-Azərbaycan siyasətidir. Nəzərə almalıyıq ki, deportasiya edilən şəxslər arasında başqa ölkələrdən olan şəxslər də var. Bunu hansısa ölkəyə qarşı antipatik addım kimi adlandırmaq yersiz olardı. Məsələ ABŞ-nin qanunvericiliyidir. Təəssüf ki, Bayden administrasiyası dönəmindən ABŞ-yə xüsusilə Meksika körfəzi ərazisindən çoxlu sayda qeyri-qanuni miqrant daxil olub. Bu da o deməkdir ki, Birləşmiş Ştatların qanunları ölkəni idarə edənlər tərəfindən rəsmən ayaqlar altına atıldı.

Milyonlarla qaçaq insanın daxil olmasının günahkarı birbaşa Bayden-Harris cütlüyü hesab edilməlidir. 

- ABŞ-də qanuni yaşamaq üçün hansı yollar mövcuddur? Bu cür daxil olan şəxslər də deportasiya edilibmi? 

Xeyr, qanuni şəkildə ölkəyə daxil olan şəxs problem yaratmağı müddətdə deportasiya edilmir. Bəllidir ki, Birləşmiş Ştatlarda da digər ölkələr kimi viza siyasəti mövcuddur. Məsələn, şəxs ölkəyə tələbə vizası, səyahət vizası, evlilik vizası ilə daxil ola bilər. O cümlədən, son zamanlar "Green card" sistemi dünyada məşhurlaşıb. Bunlar hamısı leqaldır.

Qeyd edim ki, ABŞ-yə uzunmüddətli daxil olan şəxslər xüsusi yoxlamadan keçirilir, bunun müddəti də xeyli uzun çəkir. Bunun müəyyən səbəbləri var. Məsələn, Əfqanıstanda terror törədən bir şəxs Meksika ərəzisinə qədər rahat şəkildə gəlib. Bu o deməkdir ki, bir müddət sonra sözügedən terrorçu ABŞ-yə daxil olmuş sayılacaq. Bu da Birləşmiş Ştatlar üçün potensial təhlükə deməkdir. Həmçinin, PKK fəalları, FETÖ qruplaşmasının üzvləri də müəyyən miqdarda ödəniş edərək ölkəyə daxil olublar. 

- Yeni prezidentin fəaliyyətini necə adlandırmaq olar? Qanunsuzluq, yoxsa...

- Donald Trampın həyata keçirdiyi miqrant siyasəti tamamilə qanundur. Çünki yeni administrasiyası qanunvericiliyi bərpa etməyə çalışır, ölkəsi üçün mövcud olan potensial təhlükələri aradan qaldırır. Demək istərdim ki, bu gün müəyyən edilmiş qeyri-qanuni miqrant sayından da əlavə bir çox şəxs deport ediləcək. Çünki, ölkədə qaçaqların sayı həddindən artıq çoxdur. Hazırda milyon yarım şəxsin adı dərc edilib, lakin ABŞ-yə ümumilikdə daxil olan qeyri-qanuni miqrantların sayı 12-15 milyona çatır.

Bayaq da dediyim kimi, yalan bəyanlar üzərində ölkəyə daxil olan çoxsaylı şəxslər var. Bunların qarşısı hər hansı bir formada alınmalıdır. Trampın seçilməsində qaçaqçılıq və qeyri-qanuni köç mövzusunda xeyli vədlər var. O bu vədləri icra etməlidir. Çünki, Amerika cəmiyyəti artıq qeyri-qanuni miqrantlardan kəskin şəkildə narahatdır. Düşünürəm ki, bu siyasət yaxın 4 il ərzində davam edəcək.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri