Şamaxıda 8 yaşlı uşaq xəstəxanada vəfat edib
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şamaxı sakini naməlum səbəbdən zəhərlənmə ilə xəstəxanada vəfat edib.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, bu gün 2016-ci il təvəllüdlü Şamaxı sakini Cəbrayıllı Maksud İman oğlu ağır zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

