Mikayıl Cabbarov Rebeka Qrinspan ilə görüşüb FOTO
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
13-cü Qlobal Bakı Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, görüşdə qlobal iqtisadi proseslər, beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyəti və qlobal biznes mühitində müşahidə olunan əsas tendensiyalar barədə fikir mübadiləsi aparılıb.
Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin regional iqtisadi inkişaf perspektivlərinə təsiri, həmçinin beynəlxalq ticarətin davamlı inkişafı üçün yeni əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində potensialın artırılması və innovasiyayönümlü inkişafın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.
Tərəflər təcrübə mübadiləsi, potensialın gücləndirilməsi proqramları və innovasiya ekosisteminin dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:158
Bu xəbər 13 Mart 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















