Mikrofonu açıq unudan Trampın Makronun qulağına dediyi sözlər gündəm oldu VİDEO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağ Evdə Ukrayna sammitində mikrofonunun açıq olduğunu unudan ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun qulağına dediyi sözlər gündəm olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Rusiya-Ukrayna sülh prosesi üçün Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini və Avropa liderlərini qəbul edib.
Liderlərlə görüşə getməzdən əvvəl mətbuata açıqlama verən Tramp Zelenski ilə görüşdə çoxsaylı məsələləri müzakirə etdiyini, Putinlə birbaşa danışdığını deyib. O həmçinin bildirib ki, Avropa liderləri ilə görüşdən dərhal sonra Putinə yenidən zəng edəcək.
Mətbuat konfransında mikrofonun açıq olduğunu unudan Tramp Makrona “Dəlicəsinə səslənir, amma Putin mənimlə razılığa gələcək” sözlərini söyləyib.
Həmin ABŞ Liderinin səsi bütün salonda eşidilib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 20 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















