Icma.az
close
up
RU
Milan Olimpiadasından sərxoş reportaj

Milan Olimpiadasından sərxoş reportaj

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Avstraliya mətbuatına istinadən xəbər verilir ki, fevralın 19-da səhər saatlarında “Doqquzuncu kanal”da yayımlanan “Today” verilişində çıxış edən Danika Meyson açıq-aydın tələffüzdə çətinlik çəkir, daim gülümsəyir və sözləri səhv deyirdi.
“Burada qəhvənin qiyməti əslində olduqca münasibdir, amma ABŞ-dəki qəhvənin qiymətinə öyrəşməliyik. İquanalar haqqında məlumatım yoxdur, onlarla nə baş verdiyini bilmirəm”, – telejurnalist deyib.
“BBC” tele-radio şirkətinin ehtimalına görə, iquanalarla bağlı ifadəsində, görünür, xanım Meyson bu heyvanları televiziya verilişlərinin aparıcılarının əvvəllər danışdıqlarını nəzərdə tutub.
Daha sonra dili topuq vuran Danika Meyson Böyük Britaniyanı ABŞ ilə səhv salaraq Avstraliyanın idman xəbərlərindən danışıb və bu zaman studiyada gülüş səsləri eşidilib.
- Şaxtalı hava, şübhəsiz ki, xüsusi bir şeydir. Dodaqlar sadəcə donur”, – verilişin aparıcısı Karl Stefanoviç xanım Meysonun görünüşünü şərh edib.
Meysonla bağlı video tez bir zamanda sosial mediada yayılıb və Avstraliya sakinlərinin canlı şərhlərinə səbəb olub. Hətta ölkənin baş naziri Entoni Albaneze də bununla bağlı öz fikrini bildirib.
“Mən Danika ilə razıyam. Ona halaldır. O, İtaliyadadır və yəqin ki, sadəcə yorğundur. Saat fərqi əhəmiyyətlidir, ona görə də yəqin ki, ona təsir edən də elə bu olub”, – Albaneze sosial şəbəkədə etdiyi paylaşımda yazıb.
Lakin fevralın 20-də yenidən efirə çıxan Danika Meyson vəziyyətinin yalnız yorğunluqla bağlı olmadığını etiraf edib.
- Yaxşıyam, yəqin ki, sadəcə bir az utanıram. Görünür, vəziyyəti tamamilə səhv qiymətləndirmişəm. Xüsusilə də bu şəraitdə içki içməməli idim. Burada soyuqdur, yüksəklikdəyik və hələ nahar da etməmişəm, yəqin ki, bu da təsir göstərir. Ona görə də dediyim kimi, dərin üzr istəyirəm və mənə yazan hər kəsə təşəkkür etmək istəyirəm”, – telejurnalist vurğulayıb.
Bu gün “Today” verilişinin aparıcısı Cenni Azzopardi bunun qarşılığında xanım Meysona “Biz sənin nə qədər yaxşı olduğunu bilirik, Danika” cavabını verib.
Qeyd edək ki, Danika Meyson Avstraliyanın ən məşhur idman jurnalistlərindən biridir və digər mövzularla yanaşı, ölkənin olduqca populyar reqbi matçlarını da işıqlandırır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri