Milanda etiraz aksiyasında polis və nümayişçilər arasında toqquşma baş verib
Icma.az bildirir, Apa.az portalına istinadən.
İtaliyanın Milan şəhərində Olimpiya Oyunlarının keçirilməsinə və ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşlarının tədbirlərdə iştirakına qarşı keçirilən etiraz aksiyası zamanı polis ilə bir qrup nümayişçi arasında toqquşmalar yaşanıb.
APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, üzlərini maska ilə gizlədən şəxslər polislərə daş atmağa başlayıb.
Buna cavab olaraq hüquq-mühafizə orqanları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində bir neçə nəfər saxlanılıb.
Qeyd olunur ki, etiraz aksiyaları artıq ikinci gündür davam edir. Milan şəhərində keçirilən əvvəlki günkü etirazda, Olimpiadanın açılış günü olmasına baxmayaraq, iğtişaşlar qeydə alınmamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 08 Fevral 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















