Milanda Qəzzaya dəstək aksiyasında nümayişçilərlə polis arasında qarşıdurma olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Roma, 22 sentyabr, AZƏRTAC
İtaliyanın Milan şəhərində Fələstin xalqı üçün humanitar missiyaya və Qəzza əhalisinə dəstək məqsədilə keçirilən aksiyada nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi dəmir yolu stansiyasında baş verən qarşıdurmalarda 10 aksiya iştirakçısı həbs edilib, 60 polis əməkdaşı yaralanıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Milanda baş verənləri utancverici hadisə adlandırıb. Bildirib ki, hüquq-mühafizə orqanları ilə qarşıdurmaların həmrəyliklə heç bir əlaqəsi yoxdur və bu, Qəzzadakı insanların həyatını zərrə qədər dəyişməyəcək.
Paytaxt Romada isə Qəzza xalqına dəstək nümayişində 30 minədək insan iştirak edib. Boloniyada dövlət əhəmiyyətli avtomobil yolu aksiyaya görə bağlanıb. Genuyada 20 min nəfər aksiyada iştirak edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 22 Sentyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















