Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Milanlılar 2 xalı 2:2 ilə itirdilər

Milanlılar 2 xalı 2:2 ilə itirdilər

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

A seriyasının 31-ci turu ilk növbədə Milan klublarının xal itkiləri ilə yadda qaldı. Həftəiçi ölkə kubokunun ilk yarımfinal matçında 1:1 hesabına razılaşan lombardiyalılar çempionat oyununda da rəqibləri ilə “sülh bağladılar”.

Halbuki “İnter” Parmadakı matçın ilk hissəsini iki topluq üstünlüklə başa vurmuşdu. Lakin İtaliyanın son çempionu fasilədən sonra tədricən oyun planında üstünlüyünü əldən verdi. Ev sahibləri 9 dəqiqə ərzində hər iki qolun əvəzini çıxmaqla xal qazandılar. “İnter” qələbəni mental və fiziki yorğunluq səbəbindən əldən versə də, liderliyini qorudu.
Milanın eyniadlı komandası isə “Fiorentina” ilə ev oyununun ilk 10 dəqiqəsində qapısından ardıcıl iki qol buraxdı. Abrahamın ilk hissədəcə fərqi azaltması meydan sahiblərinə psixoloji planda kömək oldu. Serjio Konseysaonun komandası fasilədən sonra üstünlüyü böyük ölçüdə ələ aldı. Lakin milanlıların gücü yalnız məğlubiyyətdən qaçmağa çatdı. Müxtəlif turnirlərdə keçirilən son 9 oyundan yalnız ikisini qalib başa vuran ölkə nəhəngi praktiki olaraq Çempionlar Liqasına sonuncu vəsiqəni verən 4-cü yerdən bir qədər də aralı düşdü.
Mövsümün həlledici mərhələsinin əvvəlində “Atalanta”nın dərin böhran yaşaması da diqqətdən yayına bilməz. Hələ bir neçə həftə əvvəl İtaliya futbol ictimaiyyəti berqamoluların çempionluq uğrunda mübarizədə şanslarını dəyərləndirməyə başlamışdı. Lakin Can Pyero Qasperininin komandası evdə “Latsio”ya da boyun əydi – 0:1. “Atalanta” ardıcıl 3-cü məğlubiyyətlə lider “İnter”dən 10 xal geri düşdü.
Turun ən çox maraq doğuran oyunu paytaxtda baş tutdu. Klaudio Ranyerinin baş məşqçi vəzifəsinə təyinatından sonra yüksəlişdə olan “Roma” tura 5-ci yerdə başlayan “Yuventus”a qalib gəlməklə turinlilərlə xalını bərabərləşdirəcəkdi. Lakin matçın gedişində hesabda geri düşən “canavarlar” yalnız bir xal qazana bildilər.
31-ci tur
Parma – İnter 2:2

Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. M.Türam, 45. (22126)
İnter: Zommer, Bastoni (Auqusto, 46), Açerbi, Bissek, Darmian, Dimarko (Zalevski, 59), Mxitaryan, Asllani (Arnautoviç, 81), Çalhanoğlu (Frattezi, 65), Martines (Korrea, 65), M.Türam.
Milan – Fiorentina 2:2
Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. Ken, 10. (72451)
Milan: Menyan, Ernandes, Tomori, Tiav, Uoker, Musa (Yoviç, 23), Fofana (Bondo, 80), Reynders, Pulişiç (Çukvueze, 80), Leao, Abraham (S.Ximenes, 55/ Feliş, 80).
Fiorentina: De Xea, Mari, Ranyeri, Ponqraçiç (Komutso, 72), Parizi (Folorunşo, 72), Dodo, Kataldi (Ndur, 59), Mandraqora (Adli, 88), Facoli, Qudmundsson (Beltran, 59), Ken.
Atalanta – Latsio 0:1
İsaksen, 54. (22731)
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Cimşiti, Bellanova, Zappakosta, De Roon, Ederson (Breşianini, 78), Kuadrado (De Ketelare, 58), Lukman (Samarciç, 74), Retegi (Maldini, 75).
Latsio: Mandas, Tavareş (Luka Pelleqrini, 34), Jiqo (Provstqor, 68), Xila, Latsari, Rovella, Belayan, Zakkanyi (Noslin, 69), Dele Başiru, Çauna (İsaksen, 46), Dia (Vesino, 84).
Roma – Yuventus 1:1
Şomurodov, 49 - Lokatelli, 40. (65778)
Roma: Svilar, Ndika, Hummels (Şomurodov, 46), Mançini, Çelik (Nelsson, 72), Anxelinyo, Kone, Kristante (Paredes, 61), Sule, Əl-Şaaravi (Qurna Duat, 61), Dovbik (Baldantsi, 85).
Yuventus: Di Qreqorio, Kalulu, Veyqa, Kelli, Makkenni, Lokatelli (Savona, 76), K.Türam, Vea (Kambyaso, 68), Qonsales (Koopmeyners, 69), Yıldız, Vlahoviç (Kolo Muani, 68).
Cenoa – Udineze 1:0
Zanoli, 77. (31243)
Montsa – Komo 1:3
Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51. (8649)
Leççe – Venetsiya 1:1
Baskirotto, 65 – Qallo, 50-öz qapısına. (25709).
Empoli – Kalyari 0:0
(8500)
Torino – Verona 1:1
Elmas, 67 – Sarr, 64. (25497)
Bolonya – Napoli 1:1
Ndoy, 64 – Zambo-Anqissa, 18. (38279)
1. İnter 31 20 8 3 69-30 68
2. Napoli 31 19 8 4 48-25 65
3. Atalanta 31 17 7 7 63-30 58
4. Bolonya 31 15 12 4 51-35 57
5. Yuventus 31 14 14 3 47-29 56
6. Latsio 31 16 7 8 52-42 55
7. Roma 31 15 8 8 46-31 53
8. Fiorentina 31 15 7 9 49-32 52
9. Milan 31 13 9 9 47-37 48
10. Torino 31 9 13 9 36-36 40
11. Udineze 31 11 7 13 36-42 40
12. Cenoa 31 9 11 11 29-38 38
13. Komo 31 8 9 14 39-48 33
14. Verona 31 9 4 18 30-59 31
15. Kalyari 31 7 9 15 31-44 30
16. Parma 31 5 12 14 37-51 27
17. Leççe 31 6 8 17 22-50 26
18. Empoli 31 4 12 15 24-47 24
19. Venetsiya 31 3 12 16 24-44 21
20. Montsa 31 2 9 20 25-55 15
Bombardirlər: Retegi (Atalanta) - 22, Ken (Fiorentina) - 17, M.Türam (İnter) - 14, Lukman (Atalanta) - 13.
Növbəti turun oyunları aprelin 11-14-ü aralığında keçiriləcək: Udineze - Milan, Venetsiya – Montsa, İnter - Kalyari, Yuventus – Leççe, Atalanta – Bolonya, Fiorentina - Parma, Verona – Cenoa, Komo - Torino, Latsio - Roma, Napoli - Empoli.
Turun rəqəmi
3 - hazırda çempionatda ən çox qol vuran 2-ci komanda olan “Atalanta” martın 9-da səfərdə “Yuventus”u 4:0 hesabıyla darmadağın etmişdi. Maraqlısı odu ki, berqamolular Turindəki fantastik qələbədən sonra keçirdikləri 3 matçda xal qazana bilməyiblər. Onların “İnter” (0:2) və “Fiorentina”dan (0:1) sonra “Latsio”ya da qol vura bilməməsi daha gözlənilməz fakt sayılmalıdı.
Turun ulduzu
Qustav İsaksen (Latsio) - “Latsio” Berqamoda maksimum nəticəyə nail olmaqla yenidən ÇL-ə vəsiqə verən yerlər uğrunda mübarizəyə qoşuldu. Paytaxt komandasının “Atalanta” üzərində qələbəsi İsaksenin qolu ilə reallaşdı. Meydana ikinci hissədə daxil olan 23 yaşlı danimarkalı komandasının hücumuna əlavə enerji qatmağı bacardı.
Turun sitatı
Massimiliano Farris, “İnter”in məşqçisi:

“Uşaqlara nə olduğunu təhlil etməliyik. İlk hissədə oyuna nəzarət etdik və iki cavabsız qol vurduq. Hərçənd topu qapımızda iki dəfə görə bilərdik. “Parma”ya oyunda dönüş yaratmaq imkanı verməməliydik. İtaliya kubokunda “Milan”la derbinin ab-havasından hələ də çıxa bilməmişik. Üstəlik, oyunlarımız o dərəcədə sıx qrafiklə keçirilir ki, istədiyimiz nəticəyə nail olmaq üçün komanda ruhunu hər dəfə nümayiş etdirə bilmirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri