Icma.az
close
up
RU
Milanlılar “sülh”ə razılaşdılar

Milanlılar “sülh”ə razılaşdılar

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

A seriyasının 12-ci turunda qeydə alınan nəticələrdən sonra zirvə uğrunda mübarizə daha da gərginləşdi. Milanda qalibin müəyyənləşməməsi liderlər qrupunda sıxlığı bir qədər də artırdı.

Lider “Napoli” əvvəlki turun “Atalanta” ilə ev oyununda üç cavabsız top buraxaraq uduzsa da, mövqeyində qalmışdı. Cənublular bu dəfə əsas izləyicisi “İnter”dən də xal ala bilməyəcəkləri halda liderliyi itirəcəkdilər. Amma Antonio Kontenin komandası çətinliklə də olsa, çətin səfərdən bir xalla qayıtmağı bacardı. Hesabı qonaqlar açsalar da, Çalhanoğlu fasilə ərəfəsində cavab qolunu vurdu. Son çempion ikinci hissədə üstün oyunu ilə vacib qələbəyə çox yaxın idi. Lakin həmin Çalhanoğlu penaltini boşa verdi. Qeyd edək ki, türk yarımmüdafiəçi buna qədər milanlıların formasında 19 penaltinin hamısını qola çevirmişdi. Beləliklə, 1:1 hesablı heç-heçə “Napoli”nin zirvədə qalmasını təmin etdi. “İnter” isə liderliyi ələ almaq yerinə topların fərqinə əsasən 4-cü yerə düşdü.
Çünki tura eyni xalla başlayan hər üç komanda - “Atalanta”, “Fiorentina” və “Latsio” növbəti qələbəsini qazandı. “İnter” kimi bu iddiaçıların da hesabında 25 xal var. Sadəcə, “Latsio” topların fərqinə əsasən çempiondan geri qalır.
Tur “Yuventus” üçün də uğurlu alındı. Tyaqo Mottanın komandası derbidə “Torino”nu iki cavasız qolla məğlub etdi. “Milan” isə xal itirdi. “Kalyari” ilə səfər oyununun gedişində iki dəfə hesabda öndə olan ölkə nəhəngi sonda məhsuldar heç-heçəyə razılaşdı. 3:3 hesabı ehtiyatda bir oyunu olan “Milan”ı 7-ci yerdə saxladı.
Paytaxtın eyniadlı klubu isə yenə uduzdu. “Bolonya”ya 2:3 hesabı ilə məğlub olan “Roma”da bu mövsüm ikinci dəfə baş məş məşqçi dəyişikliyi qaçılmaz oldu. İvan Yuriçin sentyabrdan çalışdırdığı komanda indi cədvəlin 12-ci pilləsindədi. İstefaya göndərilən xorvatiyalının yerinə karyerasını yayda başa vursa da, sabiq komandası naminə fikrini dəyişən Klaudio Ranyeri təyinat alıb.
12-ci tur
İnter – Napoli 1:1
Çalhanoğlu, 43 - Maktominey, 23. (72951)
İnter: Zommer, Dimarko (Darmian, 83), Açerbi, Pavar, A.Bastoni (De Vrey, 89), Dyumfris, Barella, Çalhanoğlu (Zyelinski, 82), Mxitaryan, Lautaro Martines (Arnautoviç, 89), M.Türam (Taremi, 82).
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Gilmor (Lobotka, 60), Zambo Angissa, Kvaratsxeliya, Politano (Nqonq, 83), Lukaku (Simeone, 77).
Atalanta – Udineze 2:1
Paşaliç, 56. Ture, 60-öz qapısına – Kamara, 45+3. (22844)
Atalanta: Karnesekki, Kossunu, Cimşiti (Ederson, 25), Hin, Rucceri, De Roon, Zappakosta (Bellanova, 46), Paşaliç, Samarciç (Breşianini, 68), Lukman, Retegi (Zanyolo, 68/Kuadrado, 87).
Fiorentina- Verona 3:1
Ken, 4; 59; 90+2 – Sərdar, 18. (22495)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Dodo, Komutso, Bove (Mandraqora, 87), Adli (Riçardson, 77), Sottil (Parizi, 84), Beltran (Kuame, 77), Kolpani (Kayode, 83), Ken.
Montsa – Latsio 0:1
Zakkanyi, 36. (11706)
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 75), Xila, Romanyoli, Maruşiç, Vesino, Rovella, Genduzi (Jiqo, 90+2), Zakkanyi (Noslin, 75), Dia (Kastelyanos, 60), Pedro (İsaksen, 60).
Yuventus – Torino 2:0
Vea, 18. Yıldız, 84. (41066)
Yuventus: Perin, Savona (Danilo, 87), Kalulu, Qatti, Kambyaso, K.Türam, Lokatelli, Koopmeyners, Yıldız (Makkenni, 86), Vea, D.Vlahoviç (Konseysao, 73).
Kalyari – Milan 3:3
Zortea, 2. Zappa, 53; 89 – Leao, 15; 40. Abraham, 69. (16271)
Milan: Menyan, Pavloviç, Tiav, Ernandes, Emerson (Tomori, 81), Reynders, Fofana, Leao (Okafor, 82), Pulişiç (Musa, 82), Çukvueze (Loftus-Çik, 62), Kamarda (Abraham, 66).
Roma - Bolonya 2:3
Əl-Şaaravi, 63; 82 – Kastro, 25. Orsolini, 66. Karlsson, 77. (50500)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Kone (Paredes, 81), Kristante, Çelik (Dal, 61), Əl-Şaaravi, Pizilli (Baldantsi, 61), Sule (Şomurodov, 58), Dovbik.
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, De Silvestri (Poş, 46), Pobeqa, Fröyler, Ndoy (Karlsson, 23), Odqor (Fabbian, 67), Orsolini (Kazale, 84), Kastro (Dallinqa, 68).
Cenoa – Komo 1:1
Bolyaçço, 90+2 – Da Kunya, 17. (30708)
Leççe – Empoli 1:1
Pyerotti, 77 – Pelleqri, 33. (23907)
Venetsiya – Parma 1:2
Nikolussi-Kavilya, 5 – Valeri, 17. Bonni, 68. (10866)
1. Napoli 12 8 2 2 19-9 26
2. Atalanta 12 8 1 3 31-15 25
3. Fiorentina 12 7 4 1 25-10 25
4. İnter 12 7 4 1 26-14 25
5. Latsio 12 8 1 3 25-14 25
6. Yuventus 12 6 6 0 21-7 24
7. Milan 11 5 3 3 20-14 18
8. Bolonya 11 4 6 1 15-13 18
9. Udineze 12 5 1 6 15-18 16
10. Empoli 12 3 6 3 9-10 15
11. Torino 12 4 2 6 15-18 14
12. Roma 12 3 4 5 14-17 13
13. Parma 12 2 6 4 16-18 12
14. Verona 12 4 0 8 17-27 12
15. Komo 12 2 4 6 13-23 10
16. Kalyari 12 2 4 6 12-22 10
17. Cenoa 12 2 4 6 9-22 10
18. Leççe 12 2 3 7 5-21 9
19. Montsa 12 1 5 6 10-15 8
20. Venetsiya 12 2 2 8 11-21 8
Bombardirlər: Retegi (Atalanta) - 11, Ken (Fiorentina) – 8, M.Türam (İnter) - 7, Lukman (Atalanta), D.Vlahoviç (Yuventus) - 6.
Turun rəqəmi
19 – “Torino” yenə əzəli rəqibinə qalib gələ bilmədi. “Yuventus”un Turin derbisindəki məğlubiyyətsiz seriyası 19 oyuna çatdı. “Qoca sinyora” derbidə sonuncu dəfə 2015-ci ildə məğlub olub.
Turun ulduzu
Moyze Ken (Fiorentina) – Florensiyada nəticəni böyük ölçüdə 24 yaşlı hücumçu müəyyən etdi. Məhz Kenin vurduğu üç qol komandasının “Verona” üzərində 3:1 hesablı qələbəsini təmin etdi. “Fiorentina”ya yayda “Yuventus”dan keçən Moyzenin A seriyasında ilk dəfə het-trik etdiyini də qeyd edək.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“VAR möcüzəvi alətdi, amma ondan gərək düzgün istifadə edəsən. Əks halda pis fikirlər ortaya çıxır. Səhv varsa, VAR-ın buna müdaxilə edə bilməməsi nə deməkdi? O otaqda oturanlar yalnız özlərinə sərf edən epizodlarda müdaxilə edə bilirlər? Hakimlərin belə qərarları matçın axarını dəyişə bilər. Və VAR belə məqamlarda heç nə edə bilməz? Belə hal məni çox əsəbiləşdirir, elə bütün məşqçiləri özündən çıxarır. Səhv varsa, bu sistem dərhal müdaxilə etməlidi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri