Icma.az
close
up
RU
Milenin partiyası Argentinada keçirilən aralıq parlament seçkilərində qalib gəlib

Milenin partiyası Argentinada keçirilən aralıq parlament seçkilərində qalib gəlib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Argentina prezidenti Xavier Mileinin partiyası ölkədə keçirilən aralıq parlament seçkilərində inamlı qələbə qazanaraq seçicilərdən genişmiqyaslı iqtisadi islahatları davam etdirmək üçün mandat alıb.

Bizimyol.info xəbər verir ki, cəmiyyətdə sərt iqtisadi qənaət tədbirlərinə qarşı narazılıq olsa da, seçkilərin nəticələri inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasına və büdcə profisitinə nail olan bu kursa dəstəyi təsdiqləyib.

Rəsmi məlumatlara əsasən, prezidentin “La Libertad Avanza” (“Azadlıq İrəliləyiş”) partiyası peronistlərin ənənəvi dayağı sayılan Buenos-Ayres vilayətində 41,5% səs toplayaraq, müxalifətin 40,8% nəticəsini üstələyib. Ümumilikdə ölkə üzrə partiya 64 deputat mandatı qazanıb və parlamentdəki təmsilçiliyini 37 yerə çatdırıb.

Bu nəticə hökumətə Konqresin prezidentin veto qərarlarını ləğv etmək cəhdlərini bloklamaq və Mileinin mövqelərini möhkəmləndirmək imkanı verir.

Prezident tərəfdarları qarşısında çıxış edərək: “Argentinalılar göstərdilər ki, uğursuzluqlarla dolu köhnə modelə qayıtmaq istəmirlər”, - deyə bildirib.

Milei həmçinin siyasi əməkdaşlığa açıq olduğunu vurğulayıb: “Digər partiyalardan onlarla deputat və senator var ki, onlarla əsaslı razılaşmalara nail ola bilərik”, - deyib.

Siyasi analitiklərin sözlərinə görə, Mileinin qələbəsi hətta tərəfdarlarının ən nikbin gözləntilərini də üstələyib. Mütəxəssislər qeyd edirlər ki, seçicilər yeni iqtisadi böhrandan ehtiyat edərək mövcud siyasətin davamını üstün tutublar.

Maliyyə bazarları da seçki nəticələrinə müsbət reaksiya verib: investorlar hökumətin inflyasiyanı kəskin şəkildə azaltmaq qabiliyyətindən razıdırlar — bu göstərici Mileinin prezidentliyə başladığı vaxt 12,8% olduğu halda, ötən ay 2,1%-ə düşüb.

Qələbə həmçinin prezidentin beynəlxalq nüfuzunu gücləndirib. Donald Tramp administrasiyası Argentinaya təxminən 40 milyard dollarlıq maliyyə dəstəyi göstərib və indi bu iqtisadi islahatların davam edəcəyinə ümid bəsləyir.

Seçkilərdən sonra Mileinin nazirlər kabinetində dəyişikliklər aparacağı, hətta keçmiş prezident Maurisio Makri ilə bağlı mərkəzçi PRO partiyasının nümayəndələrini hökumətə daxil edə biləcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri