Milix Yevdayev: Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər".
Bunu Oxu.Az-a açıqlamasında dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın qələbələrinə qıcıqlananlar belə tədbiri qəbul edə bilmirlər:
"Avropa öz gözündə tiri görmür, başqasında tük axtarır. Suverenliyimiz təmin olunub, xalqın qüruru, gülər üzü təmin olunub. Ona görə də Azərbaycan bütün dünyaya sübut etdi ki, Heydər Əliyevin təbirincə desək, dünəni unutmayan və onu öyrənən bir xalq gələcəyinə fəxrlə baxa bilər. Azərbaycanda yaşayan bütün xalqlar gələcəklərinə fəxrlə baxa bilərlər".
COP29-dan danışan Yevdayev əlavə edib ki, son illər insanlar təbiəti daha çox istismar edirlər: "Son 50 ildə təbiətdən götürdüklərimiz 4 min ildə götürdüklərimizdən çoxdur. Ona görə də təbiət bizi cəzalandırır. Temperaturun bu qədər artması insanlara son xəbərdarlıqdır".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















