Icma.az
close
up
RU
Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Sözün əsl mənasında dövrümüzün, zəmanəmizin ən gözəl vaxtını yaşayırıq. Çünki həm siyasi platformadakı qələbələrimiz, torpaqlarımızı işğaldan azad etməyimiz, oranı qurub-yaratmağımız, beynəlxalq arenada gücümüzün və nüfuzumuzun artması, həm də təbii olaraq "Qarabağ" futbol klubunun bu mənada həmin qələbələrin idman siyasətimizdə davamını gətirməsi hər birimizi bir azərbaycanlı kimi qürurlandırır".

İdman.biz bildirir ki, bu sözləri millət vəkili Vüqar İskəndərov Sportnet.az-a deyib.

"Qarabağ yalnız futbol klubumuzun adı deyil, o həm də 30 ilə yaxın yaralı yerimiz olan Qarabağın simvolik olaraq adını daşıyır. "Qarabağ" son qələbəmizdən – 2020-ci ildən, daha sonra isə 2023-cü ildə aparılan antiterror tədbirlərindən sonrakı uğurlarımızın davamını özündə simvolizə edir", - o, bildirib.

Millət vəklinin sözlərinə görə, bu qələbələr yalnız futbol arenasındakı oyun performansı ilə ölçülmür: "Qarabağ"ın “Benfika” üzərindəki qələbəsi bütün Türk dünyasını qürurlandırdı. Bu gün Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Türkmənistandan, Qırğızıstandan dostlarımızın təbriklərini alırıq. O qədər təbrik gəlir ki, artıq sayını itirmişəm. Xüsusən, Türkiyədən olan dostlarımız “Benfika” kimi öz klublarını - "Fənərbaxça"nı məğlub etmiş bir komandanın digər türk klubuna uduzmasının qürurunu yaşayırlar.

Qarabağ necə ki siyasi aləmdə bütün Türk dünyasını dirçəldib, qürurunu özünə qaytarıb, torpaqlarımızı işğaldan azad etməklə millətimizin şərəfini yüksəldib, eyni missiyanı futbol sahəsində də davam etdirir. Bu qələbə həm də ona görə dəyərlidir ki, hardasa 25 milyon avroya yaxın büdcə ilə oynayan "Qarabağ" ondan qat-qat böyük büdcəyə sahib klubları öz meydanında məğlub edir.

Hazırda futbol aləmi Azərbaycandan, Qarabağdan danışır. Bu isə bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Biz bu gün bütün sahələrdə inkişaf edirik, inkişaf edən dövlətlər siyahısındayıq. Azərbaycan artıq dünyada söz sahiblərindən birinə çevrilməkdədir. Eləcə də futbol klubumuz dünya və Avropa klubları içərisində xüsusi reytinqə malikdir. Artıq "Qarabağ"dan çəkinməyən klub yoxdur, çünki bu komandanın oyun performansı unikal dəyərə sahibdir".

Milli Məclisin deputatı əmindir ki, az büdcə ilə belə bir klubun ərsəyə gəlməsi, Qurban Qurbanovun rəhbərliyi altında motivasiyasının ən yüksək səviyyədə olması, oyunçular arasındakı əlaqənin güclü qurulması və klubun vahid komanda halında formalaşması ölkəmizin də bir yumruq kimi birləşməsini özündə simvolizə edir.

Ötən gün “Qarabağ” ümumi mərhələnin ilk oyununda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Sentyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri