Icma.az
close
up
RU
Millət vəkili: Ölüm hökmünün bərpası artıq mümkün deyil

Millət vəkili: Ölüm hökmünün bərpası artıq mümkün deyil

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Ömürlük həbs cəmiyyəti qorumaqda ölüm hökmündən effektivdir”


 “Ölüm hökmünün bərpası həm beynəlxalq öhdəliklərə zidd olar, həm də cəmiyyətin maraqlarına”



Qırğızıstanda yeniyetmə qızın qətlə yetirilməsi ölkədə böyük rezonans doğurub. Hadisə ilə bağlı istintaq işini Prezident Sadır Japarov şəxsən nəzarətə götürüb. Dövlət başçısının mətbuat katibi Əsqət Alagözovun açıqlamasına görə, prezident ictimaiyyəti sarsıdan bu cinayətdən dərin təəssüf hissi keçirib və uşaqlar ilə qadınlara qarşı törədilən cinayətlərə görə cəzanın sərtləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişikliklərin hazırlanması tapşırığını verib: “Aysulu adlı yeniyetmə qızın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaq Qırğızıstan Prezidenti Sadır Japarovun şəxsi nəzarəti altındadır”.

Onun sözlərinə görə, prezident ictimaiyyəti sarsıdan bu cinayət xəbərini dərin təəssüf hissi ilə alıb: “Həmçinin dövlət başçısı Prezident Administrasiyasının Hüquqi Təminat şöbəsinin müdiri Murat Ukuşevə qanunvericiliyə uşaqlar və qadınlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyətin artırılmasını nəzərdə tutan əlavə və dəyişikliklərin edilməsi üzərində işləməyi tapşırıb. Bu, azyaşlı uşaqları və qadınları zorlayanlar, eləcə də öldürənlər üçün ölüm hökmünün tətbiqini nəzərdə tutur. Prezident Sadır Japarov bu fikirdədir ki, xüsusilə azyaşlı uşaqlara və qadınlara qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır”.

Xatırladaq ki, hazırda Qırğızıstanda ölüm hökmü artıq tətbiq edilmir. Ölkə 2007-ci ildə ölüm hökmünü cinayət qanunvericiliyindən çıxarıb.

Oxşar mövzular son illərdə Azərbaycanda da tez-tez müzakirə edilir. Xüsusilə qadınlara və uşaqlara qarşı zorakılıq və qətl halları cəmiyyətdə güclü rezonans doğurur və sosial şəbəkələrdə ölüm hökmünün bərpası ilə bağlı çağırışlar səsləndirilir.


Millət vəkili Azər Allahverənov Sherg.az-a açıqlamasında qeyd edib ki, zaman-zaman Azərbaycanda ölüm hökmünün yenidən bərpası ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, 27 ildən sonra bu qərarın dəyişdirilməsi mümkün deyil:


 "Cəmiyyətdə böyük rezonans doğuran cinayət hadisələri baş verən kimi sosial şəbəkələrdə ölüm hökmünün bərpası yenidən gündəmə gətirilir. İnsanlar emosional təəssüratların təsiri altında cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını, ölüm hökmünün tətbiq olunmasını tələb edirlər.

Belə hallar daha çox qəsdən adamöldürmə, uşaqlara və qadınlara qarşı amansız cinayətlər, terror hadisələri və ya kütləvi zorakılıqla müşayiət olunan cinayətlərdən sonra müşahidə olunur. İctimai rəyin sərtləşməsi, insanların “ədalətin bərpası” üçün ölüm hökmünü çıxış yolu kimi görməsi təbiidir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, ölüm hökmünün bərpası ilə bağlı səslənən çağırışlar daha çox emosional yanaşmalardan doğur. Dövlətin hüquqi siyasəti isə yalnız emosiyalar üzərində qurula bilməz. Dövlətin öhdəliyi həm də insan hüquqlarının qorunmasını təmin etməkdir". 


Azərbaycanda ölüm hökmünün 1998-ci ildən ləğv edildiyini xatırladan A.Allahverənov qeyd edib ki, bu addım ölkənin beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə münasibətlərində vacib öhdəliklərin icrası, insan hüquq və azadlıqlarının prioritet elan olunması baxımından strateji əhəmiyyət daşıyırdı:

 "Bu baxımdan Azərbaycanda ölüm hökmünün bərpası real görünmür və buna obyektiv səbəblər var. Əvvəla, ölüm hökmünün ləğvi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən irəli gəlirdi. Bu qərar təkcə beynəlxalq imic üçün deyil, həm də dövlətin insan hüquqlarına verdiyi dəyərin bariz göstəricisi idi. Konstitusiyada hər kəsin yaşamaq hüququnun təsbit olunması da bunun təsdiqidir. İkincisi, cəmiyyətin təhlükəsizliyi və cinayətkarların cəzalandırılması üçün alternativ mexanizmlər mövcuddur. Ən başlıcası isə ömürlük həbs cəzasıdır. Bu cəza da az qala ölüm hökmü qədər ağırdır. Çünki ömürlük həbs insanın azadlıqdan tam məhrum olunması, ömrünün sonunadək sərt rejimli şəraitdə yaşaması deməkdir. Bu, həm cəmiyyətin təhlükədən qorunmasını təmin edir, həm də hüquqi baxımdan daha humanistdir. Eyni zamanda, mövcud islah sistemi, cəzaların sərtləşdirilməsi, penitensiar islahatların gücləndirilməsi və cinayətlərin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər ölüm hökmünün bərpasına ehtiyac olmadığını göstərir. Onu deyim ki, bu məsələ rəsmi dairələrdə müzakirə edilmir, eyni zamanda cəmiyyətin böyük qismi də ölüm hökmünün bərpasını məqsədəuyğun hesab etmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri