Millət vəkili: “Ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var” Yeni Gündəm
Icma.az, Yenigundem saytına istinadən bildirir.
“Mənzillərin satış qiyməti reallığımızla uzlaşmır. Axı Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun. Bir çox məsələlərdə də süni faktorlar rol oynayır. Məsələn, indi oxuyuram ki, metro tikintisi üçün nəzərdə tutulan yerlərə yaxın evlər fantastik bahalaşıb. Amma, bahalaşmanın bir bazar etikası da olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bahalaşma məsələlərində etik çərçivələr və bazar münasibətləri əsas rol oynaya bilmir. Gərək bunu mütəxəssislər araşdırsınlar”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:
“Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin”.
Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:
“Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 15 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















