Icma.az
close
up
RU
Millət vəkillərinin bayram təbriki Yeni Gündəm

Millət vəkillərinin bayram təbriki Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Milli Məclisin deputatları sosial hesablarında bayram təbrikləri paylaşıb.

“Yeni Gundem” millət vəkillərinin təbriklərini təqdim edir:

*****

 Rəşad Mahmudov

Millət vəkili 

Ramazan — təkcə təqvimdəki bir ay deyildi, ruhumuzun dincəldiyi, qəlblərimizin sükun tapdığı bir məqam oldu. Hər iftarda paylaşdığımız bir tikə ruzi, hər sahurda edilən dua, hər susqun gecədə çəkilən zikr bizi bir az da özümüzə qaytardı.

İndi bu müqəddəs ayla vidalaşarkən içimizdə həm bir hüzur, həm də bir təəssüf var — bitməsini istəmədiyimiz bir ruhi səfəri geridə qoyuruq.

Diləklərim odur ki, bu ayda qazandığımız dəyərlər – səbir, mərhəmət, şükür və sevgi – gündəlik həyatımızda itməsin. Ramazanın bizə bəxş etdiyi işıq, yolumuzu aylar boyu aydınlatmağa davam etsin.

Bayramınız mübarək olsun, əziz dostlar, dəyərli həmvətənlər!

*****

Jalə Əliyeva 

Millət vəkili

Əziz dostlar, dəyərli seçicilər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizləri təbrik edir, hamınıza uğur, firavanlıq, xoşbəxtlik arzulayıram.

Tanrı ölkəmizi, xalqımızı, dövlətimizi bütün bəlalardan qorusun!

Tutduğumuz oruclar, etdiyimiz dualar qəbul olsun! Amin!

Bayramınız mübarək!

*****

Aydın Hüseynov 

Millət vəkili 

Əziz dostlar,hörmətli seçicilər!

Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik və bol ruzi- bərəkət arzu edirəm. Qoy bu əziz bayram xalqımıza və dövlətimizə firavanlıq gətirsin!

****

Nəsib Məhəməliyev

Millət vəkili 

İslam  dünyasının iki müqəddəs bayramlarından biri, Ramazan Bayramı  münasibəti ilə hər birinizi təbrik edir, Uca Allahdan tutduğunuz orucların, qıldığınız namazların, dualarınızın qəbul olunmasını diləyirəm. Ailələrinizə rifah, Vətənimizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək!

****

Ülvi Quliyev 

Millət vəkili 

Əziz həmvətənlər!

Ramazan Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu mübarək bayram günlərində Vətənimizə əmin-amanlıq, xalqımıza rifah və birlik arzu edirəm. Bayram süfrələriniz ruzi-bərəkətlə, qəlbləriniz sevgi və mərhəmətlə dolsun.

Allah dualarınızı qəbul etsin, ailələrinizə xoşbəxtlik və firavanlıq bəxş etsin! Ramazan Bayramınız mübarək olsun!

****

Ülviyyə Həmzəyeva

Millət vəkili 

Əziz dostlar!

Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, xeyir-bərəkət və ən xoş diləklərimi yetirirəm!

Allah ölkəmizə sülh və əmin-amanlıq nəsib etsin, insanlardan sevgisini, qəlbimizdən isə mərhəmət hissini əskik etməsin!

Bayramınız mübarək olsun!

*****

Şahin Seyidzadə

Millət vəkili

Əziz dostlar və seçicilər,

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu ayda Allahdan oruc və dualarınızın qəbul olunmasını arzulayıram.

*****

Məşhur Məmmədov

Millət vəkili 

Daha bir Ramazan ayının sonuna gəldik.

Hörmətli həmvətənlər!

Sizi və ailələrinizi müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirəm! Bu mübarək günlərdə Uca Tanrıya edilən duaların, tutulan orucların, görülən xeyirxah işlərin qəbul olunmasını diləyirəm. Ramazan Bayramı insanlar arasında mərhəməti, birlik və həmrəyliyi, paylaşmağı və qayğıkeşliyi təbliğ edir, Ramazan ayı nəfsə sahib olmağı öyrədir.

Bu bayram hər bir ailəyə sevinc, ruzi-bərəkət, sağlamlıq və firavanlıq gətirsin! Xalqımızın rifahı, dövlətimizin inkişafı və ölkəmizdə əmin-amanlığın daim olması arzusu ilə Ramazan Bayramınız mübarək olsun!

*****

Əminə Ağazadə

Milli Məclisin deputatı

Əziz bacılar və qardaşlar! Hörmətli seçicilər!

Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək!

*****

Elnarə Akimova

Milli Məclisin deputatı

Bir mübarək ayın da sonuna gəldik. Ramazan gözəlliyini doya-doya yaşadıq. Allah oruclarınızı qəbul, arzularınızı çin, dualarınızı hasil eləsin! Onsuz da Allah hər qəlbi eşidən, duyandır. Yetər ki, onu fərah tutmağı bacaraq. İşığınız daim yanar, ocağınız bərəkətli olsun! Hər kəsi təbrik edir, xoş sabahlar arzulayıram! Tanrı xalqımızı da, dövlətimizi də qorusun və daim uca eləsin!

****

Pərvin Kərimzadə

Millət vəkili 

Dəyərli həmvətənlər! Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının mənəvi kamillik, həmrəylik və birlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

ALLAH etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri