Icma.az
close
up
RU
Millət vəkilindən QALMAQALLI müsahibə “Övladımın ölkədə tibb təhsili almasını istəmərəm”

Millət vəkilindən QALMAQALLI müsahibə “Övladımın ölkədə tibb təhsili almasını istəmərəm”

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm. Ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov tibb təhsili üçün tələbələrin xaricə üz tutmasından danışarkən qeyd edib.
Onun sözlərinə görə tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:


“Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar”.
Müsahib vurğulayıb ki, YUNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir:
“VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində 6 illik tibb təhsili alan şəxs VII mərhələni bitirmiş sayılır. Yəni, həmin ölkələrin qanunvericiliklərinə görə, bakalavr və magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər. Hətta ABŞ başda olmaqla bir çox ölkələrdə 4 illik tibb təhsili həkim olmaq üçün yetərli sayılır. Məsələn, paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək istəyirsənsə, 4 illik təhsil yetərlidir. Sonrakı 2 ili də təhsil alırsansa, VII mərhələ bitir. Bundan sonra doktorantura və ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən keçirsən. Hər 100 nəfərdən 10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul olur. Buna görə ayrıca zaman sərf etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza, müdafiəsini edə bilirlər. Türkiyədə rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz edir, yəni tələbə VIII mərhələni bitirmiş kimi qəbul olunur.
Azərbaycanda isə qanunvericilik adı belə bəlli olmayan bu mərhələni VII mərhələ olaraq qəbul edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma buradan birbaşa VIII səviyyəyə adlaya bilməz, tələbə rezidentura təhsili almalıdır. Onda soruşuram, rezidenturanı bitirən doktorant olmaq üçün nə etməlidir, yenidən 4 il oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura, daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir ki, 15 il təhsil almalıdır, halbuki dünyada 11-12 ildən çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri