Icma.az
close
up
RU
Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü FOTOLAR

Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü FOTOLAR

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev bu ölkədə yaşayan Azərbaycan ziyalıları ilə görüşüblər. Görüş Girne şəhərində yerləşən və bu ilin əvvəllərindən fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzində baş tutub.

Görüşdən əvvəl millət vəkilləri və görüş iştirakçıları Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündə ucaldılmış büstü qarşısına gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Hasanoğlu Mədəniyyət mərkəzinin fəaliyyəti haqqında danışıb və görüş iştirakçılarının hər biri barədə millət vəkillərinə qısa məlumat verib. Cümhuriyyətin elan olunmasının 41- ci ildönümü ilə bağlı keçirilən dövlət tədbirlərində iştirak etmək üçün bu ölkəyə gəldiklərini bildirən millət vəkili Cavanşir Feyziyev burada yaşayan Azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycanlı Universitet professorları, müəllimlər və həkimlər, hüquqşünaslar, rəssamlar və iş adamları iki ölkə arasında münasibətlərin inkişafından, xüsusilə Parlamentlər arası işçi qrupun yaradılmasından razı qaldıqlarını və ikitərəfli münasibətlərin dərinləşməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev görüş iştirakçıları qarşısında çıxış edərək Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələrimizin ortaq tariximizə və mədəniyyətimizə söykəndiyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu türk ölkəsinin hazırki beynəlxalq statusunun qeyri- müəyyən olmağına baxmayaraq Kıbrıs türkləri də böyük türk dünyasının bir parçasıdır. Millət vəkili soydaşlarımızın bu ölkədə əmin- amanlıq şəraitində yaşayıb işləməsini təqdir edib və soydaşlarımızı ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etməyə çağırıb. Görüşün sonunda Mədəniyyət Mərkəzinin önündə xatirə fotoları çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri