Icma.az
close
up
RU
Dövlət Akademik Milli Dram Teatrı və Qırğızıstanın Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Dövlət Akademik Milli Dram Teatrı və Qırğızıstanın Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Qırğızıstanın Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb

525.az xəbər verir ki, T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Asılbek Özübekov tərəfindən imzalanıb. 

İmzalama mərasimi teatrın səhnəsində - tamaşaçıların iştirakı ilə təntənəli şəkildə həyata keçirilib. 

Əvvəlcə Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Asılbek Özübekov çıxış edib. Direktor qeyd edib ki, iki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir. 

Memorandum Qırğızıstanın Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub:

"Teatrlarımız arasında imzalanmış bu memorandum çərçivəsində həyata keçirilən tədbirlər hər iki ölkənin teatr həyatında canlanma yaradacaq, Azərbaycan və Qırğızıstan arasında mədəni və dostluq əlaqələrinin inkişafına dəyərli töhfələr verəcək".  

Daha sonra Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov çıxış edib. O, qeyd edib ki, rəhbərlik etdiyi teatr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq öz beynəlxalq əlaqələrini genişləndirir:

"Çox şadam ki, teatr tariximizin bu vacib hadisəsi 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılmasının 16-cı ildönümünə təsadüf edir. Azərbaycanın beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, əməkdaşlıq əlaqələri qururuq. Növbəti əməkdaşlıq müqavilələri Qazaxıstan və Özbəkistanın milli teatrları ilə imzalanacaq"

Bişkekə rəsmi səfəri çərçivəsində İlham Əsgərov həmçinin Ata-Beyit Milli Tarixi Memorial Kompleksində Çingiz Aytmatovun məzarını və yazıçının ev-muzeyini ziyarət edib, Qırğızıstan-Azərbaycan Dostluq Parkında və Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və "Birlik" Azərbaycan diaspora təşkilatının sədri Xansuvar Baxşəliyevlə görüşüb, gələcəkdə teatr sahəsində vacib addımların atılması istiqamətində müzakirələr aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri