“Milli Aviasiya Akademiyası” və “Gəncə” yarımfinala yüksəldi
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki matçı baş tutub. Sport24.az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" "Abşeron"u 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
Komandalar arasında ilk matçda da "Milli Aviasiya Akademiyası" rəqibini üstələmişdi – 3:2.
Günün ikinci oyununda "Gəncə" UNEC-lə üz-üzə gəlib. Görüş Gəncə komandasının qələbəsi ilə yekunlaşıb – 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9). Komandalar arasında baş tutan ilk dueldə də bölgə təmsilçisi qələbəyə sevinmişdi – 3:2. Beləliklə, növbəti yarımfinalçı "Gəncə" komandası olub.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Xatırladaq ki, daha əvvəl "Turan" və "DH Volley" yarımfinala vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 04 Aprel 2026 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















