Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi praktik gənclər konfransı keçirilib

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi praktik gənclər konfransı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, 3 gün davam edən konfrans çərçivəsində iştirakçılar “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. “TexnoritmMərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.

Konfransı açılışında MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin tədbir iştirakçılarına salamlarını və təbrikini çatdırıb. Vurğulayıb ki, “Fevral məruzələri 2024”dən keçən 1 il ərzində MAA-nın gənc alimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də beynəlxalq miqyasda keçirilən bir sıra tədbirlərdə və layihələrdə, o cümlədən 75-ci Beynəlxalq Astronavtika Konqresində, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29), digər beynəlxalq konfrans və simpoziumlarda uğurla iştirak edib, nüfuzlu jurnallarda məqalələr çap etdirib, beynəlxalq patentlər alıblar.

Konfransın əhəmiyyətindən danışan Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, aviasiya sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir.

Aviasiya sahəsində aparılan işlər ölkənin siyasətinin göstəricisidir. Son 20 ildə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib və yenidən qurulub. Bundan sonra yeni aeroportlar Qəbələdə, Zaqatalada, Fizulidə, Zəngilanda və bu il Laçında tikilib istifadəyə veriləcək. Nazir müavini bu sahənin inkişafında gənc kadrların rolunu qeyd edib, bu istiqamətdə MAA-nın fəaliyyətini yüksək qiymətləndirib.

Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərın Azərbaycan elm və təhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.

Konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb. Builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib. Konfrans öz işini bu gün yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri