Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Milli birlik üçün zəruri amil: Diaspor quruculuğu

Milli birlik üçün zəruri amil: Diaspor quruculuğu

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İSTİQMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Müasir dövrdə milli kimliyin qorunması, dövlət maraqlarının müdafiəsi və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi prosesində diaspor quruculuğu, lobbiçilik fəaliyyəti və dünya azərbaycanlılarının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının həyata keçirdiyi siyasət bu istiqamətləri bir-biri ilə bağlı strateji sahələr kimi inkişaf etdirməyə yönəlib.

Diaspor quruculuğu – milli birlik üçün zəruri amil

Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatların, cəmiyyətlərin, birliklərin məcmusunu təşkil edir. Bu qurumların əsas məqsədi həmvətənlərimizi vahid məqsəd ətrafında birləşdirmək, milli-mədəni dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməkdir. Xaricdə yaşayan azərbaycanlılar üçün milli kimliyi yaşadan tədbirlər – mədəniyyət günləri, konfranslar, sərgilər və təhsil layihələri – diaspor quruculuğunun mühüm tərkib hissəsidir.

Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirərək xaricdə yaşayan soydaşlarımız üçün hüquqi və təşkilati dəstək mexanizmləri yaradıb. Dövlət Komitəsinin fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə azərbaycanlıların mərkəzləri formalaşdırılmış, onların fəaliyyət koordinasiyası gücləndirilmişdir.

Lobbiçilik – beynəlxalq aləmdə milli maraqların qorunması

Diaspor fəaliyyətinin mühüm istiqamətlərindən biri də lobbiçilikdir. Müasir beynəlxalq münasibətlərdə lobbiçilik dövlətlərin maraqlarının müdafiəsində və ictimai rəyin formalaşmasında təsirli vasitə hesab olunur. Azərbaycan diaspor təşkilatları müxtəlif ölkələrin parlamentlərində, ictimai-siyasi dairələrində və beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləmək üçün ardıcıl iş aparır.

Xüsusən, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, tarixi faktların təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması lobbiçilik fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, lobbiçilik fəaliyyətində mədəniyyət, iqtisadi əməkdaşlıq və elm sahəsində əlaqələrin inkişaf etdirilməsi də əsas yerlərdən birini tutur.

Dünya azərbaycanlılarının həmrəyliyi – güclü gələcəyin təminatı

Azərbaycançılıq ideyası üzərində formalaşan dünya azərbaycanlılarının həmrəyliyi, milli birlik və qlobal şəbəkələşmə proseslərində mühüm əhəmiyyət kəsb edir. Soydaşlarımızın bir araya gəlməsi, birlikdə hərəkət etməsi həm onların şəxsi maraqlarının qorunmasına, həm də dövlətimizin mövqeyinin güclənməsinə xidmət edir.

Hər il keçirilən Dünya Azərbaycanlılarının Qurultayları və digər beynəlxalq forumlar soydaşlarımız arasında birliyin daha da möhkəmlənməsinə, onların milli kimliklərinə sahib çıxmalarına şərait yaradır. Həmrəylik təkcə siyasi sferada deyil, həm də mədəni, sosial, iqtisadi və elmi sahələrdə özünü göstərir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təhsil, texnologiya və sahibkarlıq sahələrində şəbəkələşməsi milli potensialımızın qlobal miqyasda güclənməsinə təkan verir.

Beləliklə, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birini tamamlayan strateji istiqamətlərdir. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, milli kimliyimizin qorunmasına xidmət edir və gələcək inkişaf üçün mühüm zəmin yaradır. Hər bir soydaşımızın bu proseslərdə fəal iştirakı dövlətimizin qüdrətinin və milli həmrəyliyin daha da güclənməsinə yol açır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri