Milli kimliyin qorunmasında diaspor təşkilatlarının əhəmiyyəti ARAŞDIRMA
Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi müasir dövrdə yalnız dövlət siyasəti ilə deyil, eyni zamanda diaspor fəaliyyətinin gücü ilə mümkün olur. Xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilinə, tarixinə və mədəniyyətinə bağlılığının saxlanılmasında diaspor təşkilatları, xüsusilə maarifləndirici təşəbbüslər və ictimai fəaliyyətlər mühüm rol oynayır. Bu baxımdan diaspor həm milli kimliyin yaşadılması, həm də Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması üçün əvəzsiz vasitədir.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva Operativ Media-ya bildirib ki, milli kimliyin yaşadılması və gələcək nəsillərə ötürülməsində diaspor fəaliyyətinin, xüsusilə də diaspor təşkilatlarının rolu olduqca mühümdür.
Onun sözlərinə görə, bu proses ailədən başlasa da, sistemli şəkildə diaspor strukturları vasitəsilə davam etdirilir:
“Xüsusilə xarici ölkələrdə fəaliyyət göstərən həftəsonu ana dili məktəbləri bu baxımdan böyük əhəmiyyət daşıyır.
Xarici ölkələrdə doğulub böyüyən uşaqlar təbii olaraq yaşadıqları ölkənin dilində təhsil aldıqları və gündəlik ünsiyyət qurduqları üçün həmin dildə daha rahat danışırlar. Bu şəraitdə ana dilinin, milli kimliyin qorunması ailə daxilində başlasa da, həftəsonu məktəblərində daha da möhkəmlənir. Bu məktəblər uşaqlara yalnız ana dilində danışmağı deyil, eyni zamanda Azərbaycan əlifbasını öyrənməyi, dilə hörmət və bağlılıq hissini aşılamağı hədəfləyir. Paralel olaraq, uşaqlara onların anlayacağı dildə Azərbaycan tarixi, mədəniyyəti və milli dəyərləri haqqında məlumatlar verilir.
Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu fəaliyyətin nə qədər vacib və faydalı olduğunu yaxından müşahidə etmişəm. 2012-ci ildə həftəsonu məktəbinin təsisçisi olmuşam. Hazırda həmin məktəb fəaliyyət göstərməsə də, aktiv olduğu dövrdə bu təşəbbüsün uşaqların milli kimliyinin formalaşmasında nə qədər mühüm rol oynadığını bir daha gördüm.
Diaspor fəaliyyəti təkcə dilin deyil, ümumilikdə milli atributlarımızın tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyasının, tariximizin və mədəniyyətimizin təbliği diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə təşkil olunan tədbirlər xüsusi önəm daşıyır.
Məsələn, 2024-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə təşkil etdiyimiz tədbiri qeyd etmək istərdim. Həmin tədbirdə mərhum professor Nəsiman Yaqublu iştirak etmişdi. Gözlədiyimizdən daha çox iştirakçı, xüsusilə gənclər qatılmışdı. Professor Nəsiman Yaqublu Azərbaycan tarixinin dünəni və bu günü haqqında geniş və maraqlı çıxış etdi. Tədbiri interaktiv formatda – oyun və sual-cavab üsulu ilə təşkil etmişdik. İştirakçılar böyük maraq göstərmiş, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını bildirmişdilər.
Diaspor təşkilatları olaraq yaşadığımız ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğini, ümumilikdə ölkəmizin layiqli şəkildə təmsil olunmasını özümüzə borc bilirik. Bu fəaliyyətin lobbiçilik baxımından da əhəmiyyəti böyükdür.
Azərbaycan diasporunun gücləndirilməsində dövlətimizin dəstəyi xüsusi vurğulanmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələrə maliyyə və təşkilati dəstək göstərilir. Bu layihələr əsasən yaşadığımız ölkələrin ictimaiyyətinə yönəlmiş tədbirləri, informasiya və maarifləndirmə fəaliyyətlərini əhatə edir.
44 günlük Vətən müharibəsindən sonra xaricdə yaşayan azərbaycanlılar olaraq özümüzü daha inamlı və güclü hiss edirik. Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin yürütdüyü siyasət beynəlxalq müstəvidə öz təsirini göstərdi. Azərbaycanın sülhə, tolerantlığa əsaslanan mövqeyi bir çox ölkələrdə, o cümlədən yaşadığım Hollandiyada müsbət qarşılanır.
Bu prosesdə Azərbaycanın Niderlanddakı səfirliyinin fəaliyyətini də xüsusi qeyd etmək istərdim. İki ölkə arasında dialoqun gücləndirilməsində, münasibətlərin inkişafında səfirliyin rolu böyükdür. Bu da ümumilikdə Azərbaycan diasporunun güclənməsinə dövlət dəstəyinin real təzahürüdür. Hazırkı səfirimiz Məmməd Əhmədzadənin bu istiqamətdə xidmətlərini də vurğulamaq lazımdır.
Sosial şəbəkələr müasir dövrdə Azərbaycan diasporu üçün çox güclü təsir vasitəsinə çevrilib. İctimai rəyin formalaşması artıq əsasən sosial media üzərindən baş verir. Bu platformalar vasitəsilə tədbirlərin elan edilməsi, çağırışların edilməsi və məlumatların yayılması daha sürətli və effektiv olur. Şəxsi fəaliyyətimdə də bütün tədbirləri sosial şəbəkələr vasitəsilə elan edir və bunun yüksək nəticə verdiyini müşahidə edirəm.
Hesab edirəm ki, müasir dövrdə diaspor fəaliyyətində müasir kommunikasiya vasitələrindən düzgün istifadə əsas şərtlərdən biridir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Nigar Arpadarai qeyd edib ki, diaspor fəaliyyətinə mədəniyyət kontekstindən yanaşılması olduqca düzgün yanaşmadır:

“Qarabağ münaqişəsinin başa çatmasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun fəaliyyət prioritetlərinə yenidən baxılmalıdır. Bu mərhələdə diasporun əsas fokus nöqtəsi artıq təkcə siyasi mübarizə deyil, daha geniş anlam daşıyan mədəniyyət anlayışı olmalıdır.
Mədəniyyət anlayışı coğrafi sərhədləri aşan, xalqları birləşdirən, uzunmüddətli təsir gücünə malik bir anlayışdır. Azərbaycan mədəniyyəti Orta Asiyadan Avropayadək uzanan geniş bir sivilizasiya xəttinin tərkib hissəsidir. Vacib olan budur ki, bu mədəni irs diaspor fəaliyyətində də yaşadılsın və təbliğ edilsin. Çünki mədəniyyət üzərindən qurulan diaspor siyasəti ölkənin beynəlxalq nüfuzunu artırır, onu daha cəlbedici və zəngin göstərir.
Diaspora potensialına yalnız mədəni deyil, eyni zamanda innovativ güc kimi yanaşmaq da zəruridir. Xaricdə yaşayan azərbaycanlı gənclər dünyanın aparıcı universitetlərində təhsil alır, iri şirkətlərdə, texnologiya və startap ekosistemlərində çalışır, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu insan kapitalının bilik və təcrübəsinin Azərbaycan üçün faydaya çevrilməsi strateji əhəmiyyət daşıyır. Diasporun xaricdəki fəaliyyəti ölkə daxilində innovasiya, iqtisadi inkişaf və texnoloji tərəqqiyə töhfə verməlidir.
Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə qərarı uzaqgörən və strateji addım idi. Bu qərar iki əsas zərurətdən irəli gəlirdi. Birincisi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi idi – o dövrdə hər bir azərbaycanlının dəstəyinə ehtiyac vardı. İkincisi isə Qarabağ münaqişəsi və informasiya blokadası şəraitində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması zərurəti idi. Diaspor bu baryerin aşılmasında mühüm vasitəyə çevrildi.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı biz bunun real nəticəsini gördük. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etdilər, sosial şəbəkələrdə Azərbaycanın mövqeyini müdafiə etdilər və mesajlarımızı beynəlxalq ictimaiyyətə çatdırdılar. Bu proses erməni tərəfi üçün də gözlənilməz oldu. Azərbaycan diasporunun bu qədər təşkilatlanmış, çevik və məqsədyönlü fəaliyyəti dövlət-diaspor birliyinin gücünü nümayiş etdirdi və bu gün də haqlı qürur mənbəyidir.
Hazırda Azərbaycanla Ermənistan arasında müəyyən müsbət dinamika müşahidə olunur. Hələlik sülh sazişi imzalanmasa da, yeni mərhələnin tələbləri artıq fərqlidir. Bu mərhələdə diaspor fəaliyyətində mədəniyyət və innovasiya əsas prioritetlərə çevrilməlidir.
Sosial media isə bu prosesin ayrılmaz hissəsidir. Müasir dünyada ictimai rəy əsasən sosial şəbəkələr üzərindən formalaşır. Bu platformalar böyük imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də daşıyır. Sosial media tam neytral mühit deyil; burada alqoritmlər, platforma sahiblərinin maraqları və siyasi yanaşmalar mövcuddur. Buna görə də diaspor sosial mediadan məqsədyönlü, strateji və məsuliyyətli şəkildə istifadə etməlidir.
Xaricdə yaşayan azərbaycanlılar sosial media vasitəsilə milli kimliyi, dəyərlərə bağlılığı gücləndirməli, Azərbaycan mədəniyyətini, müasirliyini və inkişafını təşviq etməlidirlər. Məqsəd ondan ibarətdir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurla “mən azərbaycanlıyam” deyə bilsin.
Bu qürur isə birbaşa ölkənin imici ilə bağlıdır. Azərbaycan adı qalibiyyət, mədəniyyət, müasirlik və inkişaf anlayışları ilə assosiasiya olunmalıdır. Məhz bu yanaşma diaspor fəaliyyətini daha dayanıqlı, daha təsirli və gələcəyə yönəlik edəcək”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev bildirib ki, hər bir ölkənin xarici siyasətində diaspor təşkilatlarının dəstəyi əvəzsiz rol oynayır:
“Bu baxımdan Azərbaycanın yerləşdiyi geosiyasi məkan, ətraf regionlarla münasibətlərin qurulması, xüsusilə uzun illər düşmənçilik münasibətlərində olduğumuz Ermənistan və erməni diasporunun fəal olduğu aparıcı dövlətlərdə Azərbaycan diasporunun gücləndirilməsi zəruri idi. Azərbaycan xalqı olaraq xarici ölkələrdə yaşayan soydaşlarımızın potensialından istifadə etməyimiz dövlət maraqları baxımından vacibdir.
Məhz bu zərurətdən çıxış edərək, Azərbaycan dövlətinin təşəbbüsü və siyasi iradəsi ilə 1990-cı illərdən etibarən dünyanın müxtəlif ölkələrində, xüsusilə aparıcı siyasi mərkəzlərdə Azərbaycan diaspor təşkilatlarının formalaşdırılmasına başlanıldı. Bu istiqamətdə mühüm mərhələ 2001-ci ilin noyabr ayında Bakıda dünyanın 50-yə yaxın ölkəsində yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı oldu. Bu qurultay diaspor fəaliyyətinin institusional əsaslarının qoyulmasında mühüm rol oynadı.
Sonrakı dövrdə diaspor sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirildi, bu istiqamətdə mərkəzi icra hakimiyyəti orqanı kimi Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin fəaliyyəti Azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi fəallığının artırılmasına, Azərbaycanın daxili və xarici siyasətinin, tarixi və mədəni irsinin təbliğinə yönəldi. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında tanınan, qədim tarixə və zəngin mədəniyyətə malik bir dövlət kimi beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub.
Qeyd etmək lazımdır ki, diasporun formalaşmasının ilkin mərhələlərində bəzi subyektiv amillər səbəbindən fəaliyyət kifayət qədər koordinasiyalı olmamış, müəyyən boşluqlar yaranmışdı. Ayrı-ayrı hallarda şəxsi və korporativ maraqlar ön plana çıxmış, mərkəzdən verilən tövsiyələr lazımi səviyyədə icra edilməmişdi. Lakin son illərdə, xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Azərbaycan diasporunun milli maraqlara uyğun fəaliyyəti açıq şəkildə özünü göstərdi.
Müharibə və postmüharibə dövründə diaspor təşkilatlarımız bir sıra ölkələrdə erməni lobbi qruplarına qarşı etiraz aksiyaları, piketlər və ictimai kampaniyalar təşkil etdilər. Brüsseldə, ABŞ-da, Avropanın müxtəlif paytaxtlarında Azərbaycan dövlətinin mövqeyi müdafiə olundu. Bəzi hallarda diaspora fəallarımıza və gənclərimizə qarşı təzyiqlər, inzibati tədbirlər, hətta fiziki zorakılıq halları müşahidə olunsa da, bu, onların milli mövqeyini zəiflətmədi.
Azərbaycanlılar yaşadıqları bütün ölkələrdə milli kimliklərini, dövlətçilik ruhunu qoruyaraq dünyaya sübut etdilər ki, Azərbaycan adlı müstəqil və güclü dövlət var. Qısa tarixinə baxmayaraq, Azərbaycan diasporu formalaşmış və güclü erməni diasporuna qarşı prinsipial, qürurlu və davamlı mövqe nümayiş etdirdi.
Bu baxımdan diaspor təşkilatlarımıza dərin təşəkkür düşür. Əminliklə demək olar ki, yaxın perspektivdə Azərbaycan diasporu daha da güclənəcək və milli maraqların müdafiəsində rolunu artıracaq.
Sonda, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara birlik, həmrəylik və uğurlar arzulayıram”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə hazırlanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları