Icma.az
close
up
RU
Milli birlik və həmrəyliyin təcəssümü

Milli birlik və həmrəyliyin təcəssümü

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın qəhrəmanlıq və qürur simvoluna çevrilən 44 günlük Vətən müharibəsi 2020-ci il 27 sentyabrda başlandı. Məhz bu gün – Ermənistanın yeni təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdiyi gün tariximizin dönüş nöqtəsi oldu. Bu gün həm də Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini yad etdiyimiz, xalqın birliyini və Ordunun qüdrətini təcəssüm etdirən Anım Günüdür.

Onilliklər boyu Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq hüquqa məhəl qoymaması, münaqişənin dinc yolla həllinə mane olması nəticəsində Azərbaycan xalqı dəfələrlə səbr sınağından keçdi.

Tarixi vərəqləyəndə aydın görmək olur ki, rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Ötən əsrin əvvəllərindən Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.

Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qaldı.

Sülhsevər mövqeyimizə baxmayaraq, düşmən 2020-ci ilin 27 sentyabr səhərində atəşkəsi kobud şəkildə pozaraq cəbhə xətti boyunca həm hərbi mövqelərimizi, həm də dinc yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində 11 dinc vətəndaş, o cümlədən uşaqlar həyatını itirdi.

Azərbaycan xalqının səbr kasası daşdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Beləliklə, xalqımızın uzun illər həsrətlə gözlədiyi Qurtuluş savaşı – 44 günlük Vətən müharibəsi başlandı.

Şanlı Ordumuzun igidliyi nəticəsində cəmi 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və ətraf kəndlər, Azərbaycanın mədəniyyət incisi, müqəddəs Şuşa şəhəri azad edildi.

Şuşanın alınması ilə müharibənin taleyi həll olundu. Ermənistan kapitulyasiya aktına imza ataraq Ağdam, Kəlbəcər və Laçını da Azərbaycana qaytarmağa məcbur oldu. Daha sonra Laçın şəhəri və ətraf kəndlər də nəzarətimizə qayıtdı.

Beləliklə, Azərbaycan Ordusu yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də milli qürur və ləyaqətimizi ucaltdı. Bu qələbə xalqımızın birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlətimizin iradəsi nəticəsində əldə olundu.

44 günlük savaşda Azərbaycan 3 minə yaxın şəhid verdi. Onların hər biri torpaq, bayraq və Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşdu. Dövlət başçısı Müzəffər Ali Baş Komandan dəfələrlə vurğulayıb: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm... Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu.”

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr – Anım Günü təsis olundu. Bu gün Azərbaycan xalqının şəhidlərə sonsuz ehtiramının rəmzinə çevrilib.

Dövlətin şəhid ailələrinə və qazilərə qayğısı hər zaman, hər addımda hiss edilir.

Vətən müharibəsinin qəhrəmanları təkcə tarixdə yox, həm də xalqın yaddaşında əbədi yaşayır. Dövlətimiz onların ailələrinə, müharibə iştirakçılarına, qazilərimizə xüsusi diqqət və qayğı göstərir.

“YAŞAT” Fondu yaradılaraq şəhid ailələri və qazilərin sosial müdafiəsi istiqamətində geniş fəaliyyətə başlayıb. Ən müasir protezlər, reabilitasiya proqramları, təhsil və mənzil təminatı dövlətin prioritet istiqamətlərindəndir.

Qəhrəmanlığın əbədiləşdirilməsi üçün “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 adda medal təsis olunub.

Paytaxtda salınan Zəfər parkı və Memorial Kompleksi həm şəhidlərin xatirəsini, həm də xalqımızın mübarizə iradəsini gələcək nəsillərə ötürəcək.

Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyj kimi, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq... Biz bu Qələbəyə görə onlara borcluyuq.

27 sentyabr – Anım Günü bizim üçün həm kədər, həm də qürur günüdür. Kədərimiz odur ki, minlərlə gənc ömrünün baharında şəhidlik zirvəsinə ucaldı. Qürurumuz isə budur ki, onların qanı yerdə qalmadı, Vətən azadlığına qovuşdu. Bu gün hər bir Azərbaycan vətəndaşı başını dik tuta bilər. Çünki biz qalib xalqıq, şəhidlərinin qəhrəmanlığına söykənən müzəffər ordunun övladlarıyıq. Bu Qələbə tariximizin ən şanlı səhifəsi, şəhidlərimizin isə əbədi ölməzlik simvoludur.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri