Icma.az
close
up
RU
Milli Qurtuluş Günü: milli birlik və həmrəyliyin təntənəsi

Milli Qurtuluş Günü: milli birlik və həmrəyliyin təntənəsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

15 İyun - Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə dönüş nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyır. Hər il Azərbaycanda böyük ehtiramla qeyd olunan həmin gün ölkənin ictimai-siyasi həyatında sabitliyin bərpası və yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalmışdır.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəlişindən sonra ölkənin sosial-iqtisadi həyatında genişmiqyaslı yüksəliş mərhələsi başlanmışdır. Sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi nəticəsində respublikanın sosial-iqtisadi tərəqqisi sürətlənmiş, ümumi inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar məhsuldarlığın artmasına, yeni aqrar texnologiyaların tətbiqinə və meliorasiya sistemlərinin genişləndirilməsinə səbəb olmuşdur. Elm və təhsil sahəsində həyata keçirilən siyasət nəticəsində yeni ali məktəblər və elmi-tədqiqat institutları yaradılmışdır.
1990-cı illərin əvvəllərində respublikada siyasi böhran hökm sürürdü. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəni bu ağır vəziyyətdən çıxarmaq üçün Bakıya gəldi. İyunun 15-də Ümummilli Lider Heydər Əliyev parlamentin qərarı ilə Ali Sovetin sədri seçilmişdir. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Qısa müddət ərzində Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli addımlar nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunmuş, dövlət strukturlarının fəaliyyəti bərpa edilmiş və mərkəzləşdirilmiş idarəetmə sistemi formalaşdırılmışdır. Bu sabitlik sonrakı islahatların həyata keçirilməsi üçün fundamental baza rolunu oynamışdır.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs sazişi nəticəsində hərbi əməliyyatların dayandırılması mühüm əhəmiyyət daşıyırdı. Bu addım respublikada ictimai-siyasi sabitliyin möhkəmlənməsinə zəmin yaratdı.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyaraq iri həcmdə xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun sürətli inkişafına və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə imkan yaratdı. Eyni zamanda, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müdafiə potensialının gücləndirilməsinə, Silahlı Qüvvələrin formalaşdırılmasına və milli təhlükəsizliyin etibarlı təmin olunmasına mühüm töhfə verdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də keçirilən referendum (ümumxalq səsverməsi) nəticəsində qəbul edilən Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən mütərəqqi addımlardan biridir. Sosial-iqtisadi sahədə aparılan islahatlar bazar iqtisadiyyatının formalaşmasına, sahibkarlığın inkişafına, regionların tərəqqisinə və əhalinin rifah halının yüksəlməsinə xidmət etdi. Təhsil və səhiyyə sahələrində həyata keçirilən yeniliklər insan kapitalının inkişafına, vətəndaşların keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin olunmasına şərait yaratdı. Beləliklə, həmin dövrdə müəyyənləşdirilən inkişaf strategiyası dövlətin gələcək yüksəlişinin əsasını təşkil edərək ölkənin davamlı inkişaf yolunu müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət strategiyası müasir dövlətçiliyin formalaşmasında və beynəlxalq münasibətlər sistemində həlledici rol oynamışdır. Bu siyasət balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan diplomatik xətt üzərində qurulmuş, qlobal güc mərkəzləri arasında tarazlığın qorunmasına və dövlətin müstəqil siyasi kursunun təmin olunmasına xidmət etmişdir. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət konsepsiyası qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanaraq ölkənin beynəlxalq nüfuzunun sürətlə artmasına şərait yaratmışdır.
Müstəqilliyin ilk illərində mövcud olan mürəkkəb geosiyasi vəziyyət və regionda davam edən münaqişələr fonunda düzgün xarici siyasət kursunun müəyyənləşdirilməsi dövlət üçün strateji əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət strategiyası Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaratdı.
Nəqliyyat və kommunikasiya layihələri də xarici siyasət strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Regionun tranzit potensialının artırılması məqsədilə həyata keçirilən layihələr ölkəni Şərq və Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmiş, beynəlxalq yükdaşımalarında strateji mövqeyini daha da gücləndirmişdir. Bakı–Tbilisi–Qars dəmir yolu, neft və qaz kəmərləri kimi iri infrastruktur layihələri beynəlxalq əməkdaşlığın genişlənməsinə, regional inteqrasiyanın güclənməsinə və ölkənin strateji əhəmiyyətinin artmasına xidmət etmişdir. Bu layihələr nəticəsində ölkə yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit mərkəz kimi tanınmışdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmış, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Eyni zamanda, Silahlı Qüvvələrin döyüş qabiliyyəti və müdafiə potensialı əhəmiyyətli dərəcədə gücləndirilmiş, dövlət təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına şərait yaranmışdır. Məhz bu ardıcıl və məqsədyönlü siyasət ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil etmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız azad edilmişdir. Bu Zəfər həm qətiyyətli siyasi iradənin, həm də güclü ordu quruculuğunun məntiqi nəticəsi kimi dəyərləndirilir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmə son qoyulmuş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmişdir.
Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Müasir şəhər və kəndlərin salınması, infrastrukturun yenidən qurulması, nəqliyyat və enerji layihələrinin icrası bölgələrimizin sürətli dirçəlişinə xidmət edir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur və yeni həyat şəraiti yaradılır.
İctimai-siyasi sabitliyin etibarlı şəkildə qorunması, sosial-iqtisadi inkişafın davamlı xarakter alması və milli maraqların qətiyyətlə təmin olunması sayəsində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın hərtərəfli tərəqqisini və artan qüdrətini nümayiş etdirir. Bu uğurlar müstəqil dövlətimizin daha güclü, rəqabətqabiliyyətli və dayanıqlı gələcəyə doğru inamla irəlilədiyini təsdiqləyir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri