Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Milli birliyimizin və həmrəyliyimizin dönüş günü

Milli birliyimizin və həmrəyliyimizin dönüş günü

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hər bir xalqın taleyində və tarixində onun birlik, həmrəylik əzmi böyük qələbələrinin, inkişaf və uğurlarının əsas rəhni hesab olunur. Tarixin ən keşməkeşli vaxtlarında birliyini, həmrəylik ənənələrini daima qoruyub saxlayan Azərbaycan xalqı bu gün haqlı olaraq bu dəyərləri ilə fəxr edir.

Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 33 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Əlbəttə ki,bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil edir. Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının Azərbaycanı özünün doğma Vətəni hesab etməsinə çalışırdı, bu haqda Ulu Öndər bildirirdi ki: ”Əziz Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin edilməsi, onların Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, həmçinin, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdı. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - deyən Ulu Öndərin bu kəlamları bu gün hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.

Beləliklə, 31 dekabr tarixinin həmrəylik gününə çevrilməsi dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıları milli azərbaycançılıq məfkurəsi ilə bağlı prosesə fəal şəkildə cəlb etdi. Heydər Əliyevin çağırışı pafos notlarından uzaq idi. Bu çağırış həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm dövlətin gələcək taleyini, həm də coğrafi gerçəkliklərini əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı, bu strategiyanın dönməzliyini təmin edirdi. Təsadüfi deyildir ki, verilən tarixi qərar qısa bir müddətdən sonra hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.

Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspor ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib.

Bəli, bu gün Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində xaricdə yaşayan azərbaycanlılar daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III və  2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Təkcə onu qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Vətən müharibəsinin gedişində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar   fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi yüksək Sərkərdəlik əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

44 günlük zəfər müharibəsindən sonra Dünya Azərbaycanlıları bu dəfə erməni işğalından azal olunmuş, üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanan Şuşada toplaşdılar. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Prezident İlham Əliyev Qurultayda çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. SİTAT: "Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün". Bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan Cənab Prezident diqqətə çatdırıb ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq: "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Bəli, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, həm də milli kimliyimizin və birlik ruhumuzun gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır. Həmrəylik Günü, hər bir azərbaycanlının qəlbində vətəninə, millətinə və dövlətinə olan sevgi və bağlılığı gücləndirir, xalqımızı daha da yaxınlaşdırır.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri