Icma.az
close
up
RU
Birliyimizin, həmrəyliyimizin möhkəmlənməsində diasporlarımızın rolu böyükdür TƏHLİL

Birliyimizin, həmrəyliyimizin möhkəmlənməsində diasporlarımızın rolu böyükdür TƏHLİL

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Tək əldən səs çıxmaz”, zərb məsəli hər bir azərbaycanlı üçün doğma sayılan kəlama çevrilib və bu da onu deməyə əsas verir ki, birliyə və həmrəyliyə xalqımız tarix boyu oldyuğu kimi, yenə də böyük önəm verir. Məhz bu baxımdan da bizim birliyimiz, həmrəyliyimiz hər zaman olduqca vacib hesab olunub və yenə də vacib sayılır. “Güc birlikdədir”, atalar məsəli, ulularımızın kəlamı da birliyin vacib olduğunu bizə tövsiyyə edən kəlamdır. Biz bu birliyin, həmrəyliyin sayəsində nəyə qadir olduğumuza 44 günlük müharibə dönəmində, torpaqlarımızın işğaldan azad olunması, xalqımıza məxsus olan dəyərlərə sahib çıxmaq uğrunda, müqəddəs amal uğrunda apardığımız mübarizə zamanı, qələbələrimizin əldə edilməsində bir daha əmin olduq. Bir daha əmin olduq ki, birliyimiz, həmrəyliyimiz bizim üçün ən vacib şərtdir.

Azərbaycanlılar dedikdə, heç də təkcə ölkəmizin hüdudları daxilində yaşayan insanlar nəzərdə tutulmur, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan və ürəyi Azərbaycanla döyünən, öz vətənini Azərbaycanı sevən həmvətənlərimiz də nəzərdə tutulur. Bütün azərbaycanlılar bizim həmvətənlərizimidir. Sözsüz ki, taleyinə qürbət ölkədə yaşamaq, məskunlaşmaq düşən həmvətənlərimiz də var və onlar heç də az deyillər. Həmvətənlərimiz arasında dünyanın ən inkişaf etmiş ölkələrində işləyənlər, çalışanlar var ki, onların vətənimiz Azərbaycanın maraqlarını qorumaları olduqca vacib məqamdır. Bu mənada fəxarətlə deyə bilərik ki, doğma Azərbaycanımızın milli maraqlarını müdafiə edən həmvətənlərimiz dünyanın müxtəlif ölkələrində yaşayırlar. Sözsüz ki, milli maraqlarımızın qorunmasında, vətənimizin haqq səsinin dünyaya çatdırılmasında həmin insanların birliyi ən önəmli şərtdir. Onu da bilirik ki, qürbət ölkələrdə yaşayan həmvətənlərimizin birliyi, həmrəyliyi məhz diaspor quruculuğu, lobbiçilik fəaliyyəti sayəsində mümkün olur. Məhz bu baxımdan da, yəni, birliyimizin, həmrəyliyimizin daha möhkəm olması baxımından diaspor quruculuğunun və lobbiçilik fəaliyyətinin böyük rolu var.

Çox təəssüf ki, Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi dövrdə haqqında qeyd etdiyimiz birlik, həmrəylik yetərincə olmadı. Səriştəsiz hakimiyyətin, yaxud, hakimiyyətsizliyin həmin illərdə ölkəmizi hansı fəlakətlərə düçar etdiyi bəllidir və bu fəlakətlərin də əsas səbəblərindən biri də birliyimizin, həmrəyliyimizin olmaması, xaosun hökm sürməsi idi. Xalqımızın birliyini yarada bilməyən həmin səriştəsiz hakimiyyət ölkə daxilində elə bir qarışıqlıq yaratmışdı ki, bu qarışıqlığın fonunda hansısa həmrəylikdən danışmaq belə mümkün deyildi. Müstəqilliyini yenicə bərpa edən Azərbaycanı parçalamaq, ölkəmizin suverenliyini əlindən almaq niyyətində olan qüvvələr birliyin, həmrəyliyin olmaması üçün əllərindən gələni edirdilər. Sapı özümüzdən olanlar da onların dəyirmanına su tökürdülər və bu səbəbdən də xalqımızın birliyinə, həmrəyliyinə bacardıqca mane olurdular. Belə bir vəziyyətdən sui istifadə edən mənfur qonşularımız olan haylar da öz işğalçılıq niyyətlərini ortaya qoydular və ərazilərimizə soxularaq, torpaqlarımızı zəbt etdilər, xalqımıza qarşı amansızcasına davrandılar, soyqırımlar, qətllər törətdilər və ərazilərimizin də iyirmi faizini belə işğal edə bildilər. Çünki xalqımızın birliyinə mane olanlar bu fəlakətlərə şərait yaratmışdılar və həmrəylik, birlik olmadan düşmənlə mübarizə aparmaq mümkün olmadı. Məhz bu vəziyyətlə barışmayan Azərbaycan xalqı onlara, xalqımızı parçalamaqda olan səriştəsizlərə, xəyanətkarlara öz yerlərini göstərdi və özünün layiqli lideri, xilaskarı olan Ulu Öndər Heydər Əliyevi dövlət başçısı görmək istəyini bəyan etdi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı və bundan sonra məhz dahi rəhbərin düşünülmüş, uzaqgörən, müdrik siyasəti sayəsində xalqımızın birliyinə, həmrəyliyinə nail olundu. Beləliklə də, ilk növbədə torpaqlarımızın işğalı dayandırıldı, torpaqlarımızın işğaldan azad olunması uğrunda həm diplomatik mübarizəyə, həm də lazım gələcəyi təqdirdə hərb yolu ilə ərazilərimizin azad edilməsi naminə hazırlıqlı olmaq üçün iqtisadi inkişafa qədəm qoyuldu. Düz 30 ilə yaxın müddət ərzində Azərbaycan öz sülhsevər mövqeyindən çıxış edərək, münaqişənin diplomatik yolla həllinin tərəfdarı olsa da, Ermənistan tərəfi bundan doğru nəticə çıxarmadı və artıq hərbi yolla ərazilərimizin işğaldan azad edilməsi labud oldu. İstənilən sahədə, xüsusən də iqtisadi baxımdan inkişaf edən Azərbaycan məhz hərb sahəsində də müqaisəyə gəlməyəcək dərəcədə üstün olduğu üçün cəmi 44 gün ərzində düşməni diz çökməyə, təslim olmağa, kapitulyasiya sənədini imzalamağa vadar etdi və beləliklə də torpaqlarımız işğaldan azad olundu. Özü də məhz birliyimiz, xalqımızın həmrəyliyi ilə azad olundu və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti qarşısında düşmən təslimiyyət sənədinə imza atmaqdan başqa çarə tapmadı.

Bəli, xalqımızın birliyi, həmrəyliyi öz sözünü dedi və bu həmrəyliyin və birliyin sayəsində biz tarixi qələbəyə imza atdıq. Unutmaq lazım deyil ki, həmin dövrdə xaricdə yaşayan həmvətənlərimiz də doğma Azərbaycanımızın maraqlarının müdafiəsinə qalxdılar. Dünyanın müxtəlif ölkələrində təşkilatlanmış ermənilərin qarşısına layiqincə çıxan diasporlarımız, lobbilərimiz onların cavablarını da elə layiqincə verdilər və yerlərində oturtdular. Xaricdə təşkilatlanmış ermənilər artıq nəyə isə nail ola bilmədilər, çünki qarşılarında birlik halında olan həmvətənlərimizi, uğurlu fəaliyyət göstərən diasporlarımızı gördülər. Gördülər və əmin oldular ki, bizim birliyimizin, həmrəyliyimizin möhkəmlənməsində diasporlarımızın, lobbilərimizin rolu böyükdür və bu birliyin qarşısında aciz olduqlarını da anladılar.

Birliyimizin, həmrəyliyimizin nə qədər vacib olduğunu zamanında dəyərləndirən Ulu Öndər Heydər Əliyev məhz xarici ölkələrə səfərləri zamanı həmvətənlərimizlə görüşür, onlara həmrəy olmağı, bir olmağı, birlik yaratmağı, sıx əlaqə qurmağı, təşkilatlanmağı tövsiyyə edirdi. Sözsüz ki, xaricdə yaşayan həmvətənlərimiz dahi rəhbərin bu tövsiyyələrini həm rəğbətlə qarşılayırdılar, həm də lazımi nəticə çıxarırdılar və bu baxımdan da təşkilatlanmaları, diaspor quruculuğuna maraq, səy göstərmələri, buna nail olmaları da bu baxımdan başadüşüləndir və məntiqidir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, ideyalarını gerçəkləşdirən cənab Prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu, lobbiçilik fəaliyyətinin inkişafı üçün geniş imkanlar yaradıb. Artıq dünyanın bir çox ölkələrində, xüsusən də, inkişaf etmiş ölkələrdə həmvətənlərimizin diaspor təşkilatları, lobbiləri mövcuddur. Onlar hər zaman dövlətimizin, hökumətimizin dəstəyini hiss etməkdədirlər. Diqqətçəkən ən maraqlı məqam odur ki, bu vaxta qədər ermənilərin xaricdə təşkilatlanmış lobbiləri məhz Ermənistana mütəmadi olaraq, yardımlar ayırdıqları halda, Azərbaycan dövləti xaricdə fəaliyyət göstərən diasporlarımıza xüsusi dəstək, ələlxüsus da maliyyə dəstəyi göstərir. Əlbəttə, sevindirici haldır ki, dövlətimizin, ölkəmizin əvvəla, hansısa yardımlara, xüsusən də diasporlarımızın maddi yardımlarına ehtiyacı yoxdur və Azərbaycan ələlxüsus iqtisadi baxımdan qüdrətli bir ölkədir. Digər tərəfdən də Azərbaycan iqtisadi baxımdan elə bir qüdrətli dövlətə çevrilib ki, hətta xaricdə təşkilatlanmış diasporlarımıza da dəstəyini göstərə bilir və birliyimiz, həmrəyliyimiz naminə öz köməyini əsirgəmir. Çünki birliyimizin, həmrəyliyimizin möhkəmlənməsində diasporlarımızın rolu böyükdür...

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see191

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see153

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri