Icma.az
close
up
RU
“Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib

“Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 2-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü, DTA tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, AMEA-nın Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının və Dövlət Turizm Agentliyinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

Təqdimat mərasimini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan milli mətbəxi zəngin tarixi köklərə malik ümummilli mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla, xalqımızın məişətini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini əks etdirir. Akademik İsa Həbibbəyli bu zəngin mədəni irsin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edib ki, son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ilə AR Dövlət Turizm Agentliyi arasında arxeoloji qazıntılara dair birgə əməkdaşlıq əlaqələri mövcuddur və bugünkü tədbirlə əməkdaşlıq münasibətlərimiz mətbəx sahəsində də elmi-praktik fəaliyyətlərlə genişləndiriləcək.

Artıq Akademiyanın Tarix və Etnologiya, eləcə də Folklor institutlarında Azərbaycanın zəngin mətbəx mədəniyyətinin öyrənilməsinə başlanıldığını deyən akademik İsa Həbibbəyli bununla bağlı sözügedən müəssisələrdə daxili imkanlar hesabına yeni şöbələrin yaradılacağını, mətbəx irsimizin kompleks şəkildə tarix, folklor və etnoqrafik baxımdan tədqiq ediləcəyini, AR Dövlət Turizm Agentliyi tərəfindən isə həm respublika, həm də beynəlxalq səviyyədə təbliğinin həyata keçiriləcəyini diqqətə çatdırıb. AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin icrası məqsədilə qurumların birgə təşkilatçılığı ilə konfransların, təqdimat mərasimlərinin təşkili, eləcə də nəşrlərin hazırlanmasının qarşıya məqsəd qoyulduğunu söyləyib.

AMEA prezidenti, həmçinin milli mətbəx mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsinə cəhdlər edildiyini və öz adlarına çıxmağa çalışdıqlarını deyib, kulinariya və mədəni irsimizin aparılacaq elmi tədqiqatlar və təbliğatlarla beynəlxalq miqyasda qorunacağını vurğulayıb.

“Birgə fəaliyyətimiz, “Milli Dadlar” platformasının təqdimatı Prezident İlham Əliyevin ölkəmizdə turizm sektorunun inkişafı, həm Azərbaycançılıq, həm də milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təbliği istiqamətində apardığı ardıcıl siyasətin icrası istiqamətində atılan mühüm addımdır və alimlərimizin, Dövlət Turizm Agentliyinin bu siyasətə töhfəsidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsini təmin etmək olduğunu vurğulayıb. 

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri milli kulinariyamızın təbliği və milli mətbəximizin tanıdılmasıdır. Bildiyiniz kimi, bu məsələ ölkə rəhbərliyinin daimi diqqətindədir. Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya buna görə öz minnətdarlığımı çatdırmaq istərdim. Bu istiqamətdə tərəfimizdən indiyədək müxtəlif layihələr həyata keçirilib və bir sıra layihələr də davam etməkdədir. Bunlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının və Milli Kulinariya Mərkəzinin uzun müddətdir birlikdə işləyib hazırladığı  “Milli dadlar” layihəsidir. Bu layihə və layihə çərçivəsində yaradılan onlayn platforma xalqımıza məxsus milli mətbəxin, eləcə də regionlarda unudulmuş qədim dadların yenidən bərpa edilməsi və qorunmasına, həmçinin gələcək nəsillərə çatdırılmasına dəstək vermək məqsədini daşıyır”, - deyə Fuad Nağıyev qeyd edib. 

Agentlik sədri diqqətə çatdırıb ki, layihə müddətində elmi yanaşmanın və dəqiqliyin təmin olunması əsas prioritetlərdən olduğundan Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq həyata keçirilib, toplanmış milli dadların tərkibi, hazırlanma üsulu, tarixi və mədəni əhəmiyyəti AMEA-nın məlumatları və tövsiyələri əsasında elmi əsaslandırılıb, etibarlı və dayanıqlı elmi baza formalaşdırılıb.

“Bu platformaya biz Azərbaycanın kulinariyasının ən yeni ensiklopediyası da deyə bilərik. Layihəyə verdikləri elmi dəstəyə və əməkdaşlığa görə AMEA-ya, şəxsən akademik İsa Həbibəyliyə öz dərin təşəkkürümü bildirirəm”, - deyə vurğulayan Fuad Nağıyev ölkəmizin zəngin qastronomiya potensialının həm də qastroturizm sahəsini inkişaf etdirməyə imkan verdiyini, bununla yanaşı, zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək etdiyini söyləyib. Vurğulayıb ki, milli yeməklərimiz daha böyük mənada tariximizi, milli kimliyimizi əks etdirir və bu məqamı nəzərə alaraq, layihənin ikinci mərhələsində bu milli dadların formalaşmasının arxasında duran tarix, mədəniyyət və insanların həyat tərzi ilə bağlı məqamlar da araşdırılacaq: “Əlbəttə, bütün bu işlər folklorşünaslar, tarixçilər, etnoqraflar, dilçilər və kulinariya üzrə mütəxəssislərlə birlikdə həyata keçiriləcək. İnanırıq ki, yalnız mətbəx baxımından deyil, eyni zamanda milli kimliyin qorunması baxımından da strateji əhəmiyyət daşıyan “Milli dadlar” layihəsi milli mətbəximizin qorunması və tanıdılmasında əhəmiyyətli rol oynayacaq”.

Daha sonra Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova “Milli Dadlar” onlayn platformasını təqdimatını edib.

Tədbirdə, həmçinin AMEA-nın Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, dosent İlhamə Məmmədova və AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Solmaz Məhərrəmova çıxış edərək milli mətbəximizin tədqiq olunmasının əhəmiyyətindən və təqdimatı keçirilən “Milli Dadlar” onlayn platformasının önəmindən danışıblar.

Qeyd edək ki, “Milli Dadlar” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlarından elmi əsaslarla sənədləşdirilmiş milli mətbəx nümunələri barədə məlumatlar toplanılıb. Layihənin ilkin mərhələsində müxtəlif yaş kateqoriyasından olan respondentlərlə sorğu aparılıb, toplanmış məlumatlara əsasən seçilmiş mətbəx nümunələri sənaye nümayəndələri, həmçinin ekspertlərin iştirakı ilə hazırlanaraq sənədləşdirilib və kataloqlaşdırılıb. Layihə çərçivəsində yaradılan eyniadlı onlayn platformada regional mətbəxlərin özünəməxsusluğu, mətbəx nümunələrinin adı, tərkibi, hazırlanma qaydası və digər məlumatlar əks olunub. 

Layihənin ikinci mərhələsində mətbəx nümunələrinin kulinar aspektləri ilə yanaşı, sosial, mədəni və tarixilik istiqamətlərinın araşdırılması nəzərdə tutulur. Bu mərhələdə əsas məqsəd müxtəlif bölgələrə məxsus yemək və məhsullarla bağlı rəvayət, əfsanə, xalq inancları və s. kimi şifahi və yazılı xalq ədəbiyyatı mənbələrində yer alan məlumatların toplanıb sistemləşdirilməsidir. Bu mərhələ də AMEA alimlərinin və kulinariya üzrə mütəxəssislərin əməkdaşlığı ilə həyata keçiriləcək və tədqiqatların sonunda əldə olunmuş məlumatlar onlayn platformada yerləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri