Icma.az
close
up
RU
“Milli dəyərlərlə rəqəmsal gələcəyə” gənc alim və tədqiqatçıların yay düşərgəsi

“Milli dəyərlərlə rəqəmsal gələcəyə” gənc alim və tədqiqatçıların yay düşərgəsi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində “Milli dəyərlərlə rəqəmsal gələcəyə” devizi altında gənc alim və tədqiqatçıların yay düşərgəsi təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, respublikanın müxtəlif ali və elmi-tədqiqat müəssisələrindən olan gənc alimlər, magistrantlar və doktorantlar yay düşərgəsi günlərində həm milli-mənəvi dəyərlərin qorunması, həm də rəqəmsal dünyanın çağırışlarına uyğun inkişaf imkanları barədə müzakirələr aparıblar.

Düşərgənin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev iştirak ediblər.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəyə 90 magistr, gənc alim və tədqiqatçı qatılıb. Düşərgənin təşkil olunmasında məqsəd gənc alim və tədqiqatçıların bir araya gələrək bilik və təcrübə mübadiləsi aparması, elmi əməkdaşlıqlar qurulması, innovativ ideyaların təşviqi və intellektual inkişaf mühitinin gücləndirilməsidir.

Düşərgə avqustun 26-da başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see229

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see139

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see132

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see132

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see131

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see131

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see128

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see127

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see125

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see125

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see124

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see124

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see120

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see120

Roma Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

23 Avqust 2025 16:47see119

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see119

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see118

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see117

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see116

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri