Icma.az
close
up
RU
Milli birlik, milli kimlik və gələcəyə inam

Milli birlik, milli kimlik və gələcəyə inam

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir dövrdə dünya mürəkkəb siyasi proseslərin, geosiyasi qarşıdurmaların, regional münaqişələrin və qlobal təhlükəsizlik çağırışlarının təsiri altında sürətlə dəyişir. Bir çox ölkələr daxili sabitliyin pozulması, xarici təsirlər, iqtisadi təzyiqlər və müxtəlif təhlükələrlə üz-üzə qalırlar. Belə bir şəraitdə hər bir dövlət üçün ən mühüm amillərdən biri milli birlik, vətəndaş həmrəyliyi və dövlətçilik dəyərlərinə sədaqətdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif çıxış və müraciətlərində də məhz bu məqamlar xüsusi vurğulanır və onun siyasi baxışlarının əsas istiqamətlərindən birini təşkil edir.

Prezident İlham Əliyevin müraciətləri, çıxışları və strateji mesajlarını birləşdirən əsas xətt ondan ibarətdir ki, Azərbaycan xalqı ilk növbədə öz gücünə, öz potensialına və milli həmrəyliyinə arxalanmalıdır. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, ölkənin müstəqilliyi, təhlükəsizliyi və inkişafı hər şeydən əvvəl xalqın birliyindən və dövlət-vətəndaş həmrəyliyindən asılıdır. Bu baxımdan “biz ancaq özümüzə güvənə bilərik” prinsipi müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri kimi çıxış edir.
Tarix göstərir ki, müstəqillik heç bir xalqa əbədi olaraq təmin edilmir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün davamlı səylər tələb olunur. Azərbaycan xalqı da son onilliklər ərzində ağır sınaqlardan keçərək müstəqilliyini qoruyub saxlamış, güclü dövlət quruculuğu yolu ilə beynəlxalq nüfuzunu artırmışdır. Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bir daha sübut etdi ki, milli birlik və xalq-dövlət həmrəyliyi olduqda ən mürəkkəb problemlərin belə həlli mümkündür.
Bu gün dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər sistemində sabitlik zəifləyir, müxtəlif bölgələrdə müharibələr və silahlı münaqişələr davam edir, yeni siyasi və iqtisadi təhdidlər meydana çıxır. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarını qoruması, dövlət müstəqilliyini möhkəmləndirməsi və təhlükəsizliyini təmin etməsi üçün milli birliyin qorunması həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyev məhz buna görə daim vurğulayır ki, milli birlik heç vaxt sarsılmamalı, xalqın ümumi maraqları hər zaman şəxsi və ya qrup maraqlarından üstün tutulmalıdır.
Azərbaycan cəmiyyətinin ən böyük üstünlüklərindən biri də məhz xalqın daxilində formalaşmış güclü həmrəylik mühitidir. Bu gün ölkəmizdə müşahidə olunan birlik təsadüfi və formal xarakter daşımır. Bu birlik insanların ürəyindən, düşüncəsindən və dövlətə bağlılığından qaynaqlanır. Müxtəlif siyasi baxışlara, sosial mövqelərə və peşələrə malik insanlar Azərbaycanın dövlətçilik maraqları məsələsində vahid mövqe nümayiş etdirirlər. Məhz bu amil ölkəmizin sabitliyinin və inkişafının əsas təminatlarından biridir.
Azərbaycan cəmiyyətində mövcud olan bu birlik modeli bir çox ölkələr üçün nümunə ola bilər. Çünki burada söhbət inzibati və ya məcburi həmrəylikdən deyil, milli maraqlar ətrafında könüllü və səmimi birləşmədən gedir. Xalqın öz dövlətinə inamı, dövlətin isə öz vətəndaşına qayğısı qarşılıqlı etimad mühitini daha da gücləndirir. Bu etimad və birlik Azərbaycanın müstəqil siyasət yürütməsinə, beynəlxalq arenada öz sözünü qətiyyətlə deməsinə imkan verir.
Lakin əldə olunmuş uğurlarla kifayətlənmək olmaz. Dünya dəyişir, yeni çağırışlar, təhlükələr və təxribatlar meydana çıxır. İnformasiya müharibələri, ideoloji təsirlər, kiber təhlükələr və müxtəlif xarici müdaxilə cəhdləri müasir dövrün reallıqlarıdır. Buna görə də Azərbaycan cəmiyyəti daim ayıq-sayıq olmalı, milli maraqların müdafiəsində prinsipial mövqe nümayiş etdirməlidir. Prezident İlham Əliyevin çağırışlarında da bu fikir aydın şəkildə ifadə olunur: gələcəyə baxmalı, yeni dövrün tələblərinə uyğun güclənməli və dövlətimizin maraqlarını hər zaman qorumalıyıq.
Milli kimliyin qorunması bu mübarizənin mühüm istiqamətlərindən biridir. Qloballaşmanın sürətləndiyi bir zamanda hər bir xalq öz milli-mənəvi dəyərlərini, tarixini, dilini və mədəniyyətini qorumağa çalışır. Azərbaycan xalqı da minilliklər boyu formalaşmış zəngin irsini gələcək nəsillərə çatdırmaq məsuliyyətini daşıyır. Milli kimlik sadəcə keçmişə bağlılıq deyil, həm də gələcəyə aparan mənəvi dayaqdır. Öz köklərinə bağlı olmayan cəmiyyətlərin gələcəkdə güclü və dayanıqlı olması çətinləşir.
Məhz buna görə Prezident İlham Əliyev gənc nəslin milli ruhda, vətənpərvərlik dəyərləri əsasında yetişdirilməsini strateji vəzifələrdən biri hesab edir. Dövlət başçısının fikrincə, gələcəyin Azərbaycanı bugünkü gənclərin əllərində formalaşacaq. Ona görə də gənclər yüksək mənəvi keyfiyyətlərə malik olmalı, tarixini bilməli, milli dəyərlərə hörmət etməli və dövlətçilik maraqlarını hər şeydən üstün tutmalıdırlar.
Azərbaycanın gələcək inkişafı üçün ən vacib məsələlərdən biri güclü, savadlı və vətənə bağlı gənc nəslin formalaşdırılmasıdır. Gənclər müasir biliklərə yiyələnməli, texnologiyaları mənimsəməli, beynəlxalq təcrübədən faydalanmalı, eyni zamanda milli köklərinə sadiq qalmalıdırlar. Qloballaşan dünyada rəqabət qabiliyyətli olmaq üçün elm, təhsil və innovasiya vacibdir. Lakin bütün bunlar milli mənəvi dəyərlərlə vəhdət təşkil etdikdə daha böyük nəticələr verir.
Prezident İlham Əliyevin gənclərə ünvanladığı tövsiyələrin mərkəzində də məhz bu ideya dayanır: Azərbaycan gənci həm müasir, həm milli ruhlu, həm də vətənpərvər olmalıdır. O, Vətənə bağlı, mətin, iradəli və güclü xarakterə malik olmalı, qarşıya çıxan çətinliklərdən çəkinməməlidir. Çünki ölkənin gələcək taleyi, qazandığı uğurların davamlılığı və dövlət müstəqilliyinin qorunması məhz bu nəslin üzərinə düşəcəkdir.
Azərbaycan xalqı tarix boyu öz ləyaqətini, milli qürurunu və mübarizə ruhunu qoruyub saxlamışdır. Vətən müharibəsində qazanılmış tarixi Zəfər bu xüsusiyyətlərin ən parlaq təzahürlərindən biri oldu. Bu gün qarşıda duran əsas vəzifələrdən biri həmin qalibiyyət ruhunu qorumaq, onu yeni nəsillərə ötürmək və milli həmrəyliyi daha da möhkəmləndirməkdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin müraciətlərində və çıxışlarında ifadə olunan əsas mesaj aydındır: Azərbaycan xalqı öz gücünə inanmalı, milli birliyini qorumalı, dövlət müstəqilliyini daim müdafiə etməli və gələcəyə inamla baxmalıdır. Güclü dövlətin əsasında güclü xalq dayanır. Milli kimliyini, milli ləyaqətini və dövlətçilik dəyərlərini qoruyan xalq isə hər zaman qalib xalq kimi yaşayır. Azərbaycanın bugünkü uğurları və gələcək perspektivləri də məhz bu möhkəm təməllər üzərində qurulmuşdur. Gənc nəsil bu dəyərlərə sadiq qaldığı müddətdə Azərbaycan daim yüksəliş yolunda olacaq, regionda və dünyada öz layiqli yerini daha da möhkəmləndirəcəkdir.

Asif Əsgərli
YAP İdarə Heyətinin üzvü, ADTGT İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 İyul 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri