Icma.az
close
up
RU
Milli dövlətçilikdə mənəvi dəyərlər: təlqin, yoxsa təqlid?

Milli dövlətçilikdə mənəvi dəyərlər: təlqin, yoxsa təqlid?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan bir çox dinlərin, inamların, etiqadların və digər mənəvi dəyərlərin atributlarını özündə birləşdirən, onların sintezindən ibarət bir dünyadır, yəni açıq tipli cəmiyyətik. Ölkəmizin gücü də bu müqəddəs diyarı özünün vətəni hesab edən, azərbaycanlı adını daşımağa hazır olan bütün xalqların maddi və mənəvi gücündədir.

Bu baxımdan da Azərbaycan milli ideologiyasının əsas komponenti olan milli- mənəvi dəyərlər mürəkkəb daxili struktura malik olmaqla dil, din, adət-ənənə kimi məfhumları özündə ehtiva edir. Milli mentalitet dediyimiz anlayış da bu üç məfhumun şüur müstəvisinə proyeksiyasından ibarətdir.

Milli dövlətçiliklə milli-mənəvi dəyərlər arasında daxili sıx əlaqə mövcuddur. Milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, bundan da daha üstün milli-mənəvi dəyərlərin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə çalışır.

Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan din insanların fərdi mənəvi aləmində könüllü olaraq yer tutur. İnsan mənəviyyatında dini hissin ayrı bir yeri olduğundan hər kəs dini öz qəlbində yaşadır.

Dinin aktiv ideoloji rolu, siyasətə və dövlət işlərinə müdaxiləsi tarixə çevrilsə də, hələ də dinə siyasi don geyindirmək, ideologiyaya çevirmək iddiasında olanlar mövcuddur. Bu isə çox təhlükəli haldır. Çünki din cəmiyyət üçün yox, insan üçündür.

XX əsrin əvvəllərində ədəbi-bədii fikir sahibləri, maarifpərvər və mütərəqqi ziyalılarımızın oriyentr kimi söylədiyi “türkçülük, islamçılıq, müasirlik” fikirlərində də “islamçılıq” mərkəzi yer tutur. İslam təkcə əqidə deyil, həm də əxlaq, adət-ənənə və düşüncə tərzinin formalaşma mənbəyidir. Müasir və müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev dinin mənəviyyatda rolunu belə ifadə edib: “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”.

Çağdaş Azərbaycan milli şüurunda, ictimai psixologiyasında dinin mühüm yerlərdən birini tutduğu məlumdur. Ancaq hər şey qədərində, öz yerində olanda gözəldir. Mütəfəkkir şairimiz dahi N.Gəncəvi gözəl deyib:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Ona görə də dini insanın fərdi mənəviyyatından kənara çıxararaq sosial hadisəyə çevirib, həmin sosial qurumları təmsil edən insanların mənafeləri və şəxsi maraqları üçün alət edəndə o dinlikdən çıxır.

Din mahiyyət etibarı ilə inam hadisəsidir. O, öz mahiyyət müstəvisindən uzaqlaşdırılıb siyasiləşdiriləndə, ideologiyalaşdırılanda məzmununu dəyişir. Din və inancın insanın qəlbində özünəməxsus yeri var. Dinin əsl məramı insan mənəviyyatını ülvi duyğularla zənginləşdirməkdən ibarətdir. Bu səbəbdən də ateist ideologiyanın bərqərar olduğu dövrdə belə insanın mənəvi kamilliyi üçün əsas meyar hesab olunan dini və imanı insanların ruhundan, canından çıxara bilmədilər. Görkəmli tarixi şəxsiyyət Heydər Əliyev o dövrü belə xatakterizə edirdi: “Müsəlmanlar dini öz qəlbində yaşatdılar. Hər bir ailədə, hər bir evdə, hər bir ocaqda din yaşadı və onun insanlara bəxş etdiyi dəyərlər, adət-ənənələr, qayda-qanunlar yaşadı”.

Qeyd edək ki, həmin dövrlər də heç kəs kiməsə də dinə münasibətini xüsusi davranış və ya zahiri görüntü ilə nümayiş etdirmirdi. Lakin indi hər şey reklama çevrilib. Öz daxili inanclarını hamıya göstərmək və nümayiş etdirmək dəbə düşüb. Ona görə də bugünkü prizmadan baxanda cəmiyyət üçün çox kiçik bir məsələni insanın fərdi mənəviyyatından kənara çıxarıb sosiallaşdırır və ideologiyaya çevirmək həddinə gətirməyə cəhd edirlər. Necə deyərlər, “qarışqadan fil düzəldirlər”.

Həmin sosial qurumları və ideologiyaları təmsil edən dairələr isə məharətlə bunu öz şəxsi maraqları müstəvisinə transfer edirlər. Belə olan halda, milli ideologiyanın yad ünsürlərdən qorunması vəzifəsi bütün ictimaiyyətin, hər bir vətəndaşın üzərinə düşür, yəni dindən ideoloji və siyasi məqsədlər üçün istifadə olunmasına yol verməməliyik.

Məxsusi daxili potensialına güvənməyən, həqiqi üstün cəhətlərini görə bilməyən, öz tərəqqi yolunu müəyyən etməyən, ancaq başqasından nümunə götürməklə yaşayanlar onların arxasınca sürünməyə də məhkumdurlar. İfrat dinçiliyə yuvarlananlar mövhumat və özgələşdirilmiş islam modelini ixrac edənlərin təsirinə daha tez düşürlər.

Bəşərin fitrətilə uyğun gələn, onun batini aləminin istəklərinə cavab verən islam dəyərlərinin insanlara bəxş etdiyi əxlaqi fəzilət ürəklərdə öz yaşamını davam etdirdiyi və tarixi şərait yetişdikdə yenidən canlanmağa başladığı vaxtda kütlələrin mənəviyyatına xurafat, ayinçilik, fanatizm, təriqətçilik və s. kimi psevdodinçiliyin daxil edilməsi ziyanlı və təhlükəlidir. XX əsrin əvvəllərində Şərq dünyasında dünyəvi dövlətə, bir çox parametrlərə görə mədəni-mənəvi mərkəzə çevrilən, mövhumata və xurafata qarşı mübarizənin önündə gedən, elm və təhsil sahəsində böyük inkişaf yolu keçən ölkəmizdə bu sahədə yaxşı ənənəvi potensial mövcuddur.

Psevdodinçilik dinsizlik qədər insan mənəviyyatını cırlaşdırır. İllər ərzində formalaşmış yüksək intellektual inkişaf səviyyəsindən, mədəni-mənəvi dəyərlərdən imtina edərək kənardan ixrac edilən hazır, bayağı modelləri qeyd-şərtsiz qəbul etmək cəhalətdir. İslam bəşəriyyəti üstün və önəmli keyfiyyətlər olan elm, mərifət, saflıq, mənəvi kamillik, düzlük, ədalət yoluna doğru istiqamətləndirdiyi halda, nədənsə primitiv, mühüm əhəmiyyət kəsb etməyən bir əlamətə bu qədər önəm verilməsi gizli niyyətlərdən xəbər vermirmi?

Ölkəmizdə yaşayan bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verilir. Hər kəs hürrdür, azaddır. Lakin bu o demək deyil ki, din üçün açılan qapıdan din pərdəsi altında bizə yad olan mənəvi meyillərin və yamsılamanı təlqin edən “paket” modellərin daxil olmasına imkan verilməlidir.

Bu gün vahid məktəbli geyiminə qarşı olan “maraqlı dairələr” və mahiyyətinə varmadan onların səsinə səs verib ajiotaj yaradanlar, müzakirə açanlar, müqəddəs və dini kitablardan iqtibas edənlər bilmirmi ki, ilk ayəsi “Oxu” sözü ilə başlayan müqəddəs kitabımız Quranda Allah sözündən sonra ən çox işlənən ikinci kəlmə “Elm”dir.

Gəlin hamını elmə, təhsilə dəvətdə də belə həmrəylik, mütəşəkkillik göstərək. Həmin qurumlar və ya insanlar bu sahədə niyə aktivlik, qayğıkeşlik nümayiş etdirmirlər? Çünki onlar islam tərəfdarı deyillər, həmin dairələr yaxşı bilirlər ki, islam elm, maarif tərəfdarı olmaqla, xurafatın və savadsızlığın əleyhinədir. Onu da yaxşı bilirlər ki, bir toplum və ya cəmiyyət nə qədər cəhalətdə, qəflətdə olarsa, bisavad qalarsa, o toplumu idarə etmək çox asan olur. Özü-özünü daxildən idarə etmək iqtidarında olmayan toplumun kənardan idarə edilməsi rahatdır.

Təhsil sistemi xalqın gələcəyini şərtləndirən ən mühüm amillərdən olduğu üçün təhsil müəssisələrinin fəaliyyətinə də, təhsilalanlara və təhsilverənlərə də eyni meyarlarla yanaşılmalıdır. İctimaiyyətin yaxşı xatirindədir ki, vahid məktəbli forması tətbiq olunmayan zamanlarda da belə fikirlər dolaşırdı ki, “bəzi məktəblilərin geyimləri onların arasında bərabərsizliyi qabartmaqla sosial-psixoloji gərginlik yaratdığından əksər şagirdlər məktəbdə sıxılır, buna son qoyulmalıdır”. İndi vahid forma tətbiq olunması bu bərabərsizliyi aradan qaldırıb, başqa motiv axtarılır. Belə yerdə Nəsrəddin Hocanın hamının bildiyi bir lətifəsi yada düşür...

Yeri gəlmişkən, qeyd edək ki, bəzən ən kiçikyaşlı məktəbliləri belə vahid formadan imtina etdirirlər. Lakin o uşaq bunları heç dərk etmir. Burada da bildirilməlidir ki, vətəndaş kimliyi qazandıqdan sonra seçim sərbəstliyi hüququ da əldə edilir. Qanunvericilikdə də bu sahədə heç bir qadağa yoxdur. Belə hallara ölkə hüdudlarından kənardan da dərhal dəstək gəlir. Çünki baş verən hadisənin ya ilhamvericisi onlardır, ya da məhz onların maraq dairəsinə aiddir.

Həmin təsisatlar insanları kölə halına salıb manqurtlaşdırır ki, öz kökündən uzaqlaşsın, özünü tanımasın. Başqalarını təqlid edənlərin böyük uğur əldə etməyinin mümkün olmadığını bilən həmin dairələrin yazılmamış qanunu, şüarı və əlifbası bunu diktə edir: “Başqası kimi olmaq üçün, ilk növbədə, özün kimi olmaqdan imtina etməlisən”.

Gənclərin mənəviyyatının formalaşmasında artıq az qala tendensiyaya çevrilən neqativ məqamların səbəbləri xalqın milli iradəsindən asılı olmadan müəyyən qüvvələr tərəfindən məqsədyönlü surətdə istiqamətləndirilən antimilli ictimai proseslərdir. “Hər kəs hürrdür, azaddır” kəlmələrini bəzi adamlar öz şəxsi mənafeləri, məqsədləri üçün sui-istifadə edirlər. Belə şəxsi maraqlar da qloballaşan, rəqəmsallaşan və süniləşən dünyamızda milli mənəviyyatlara, adət-ənənələrə qarşı yönəlmiş, milli-mənəvi dəyərlər arxa plana, ümumibəşəri dəyərlər isə ön plana keçirilmiş kütləvi proseslərlə bəzən adekvat olur.

Hümbət MUSAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri