Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Milli mənəvi dəyərlər: evlərimizin qonaq otağı

Milli mənəvi dəyərlər: evlərimizin qonaq otağı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu gündən deyil, lap uzaq da deyil, yaxın keçmişdən söhbət açmaq istəyirəm. O keçmiş ki, başqa bir dünyamız vardı. Həyat da bugünkündən çox fərqli idi. Bayram, toy, yas mərasimləri, qohumluq əlaqələri, uşaqlıq-gəncliyimiz, evlərimiz kimi...

Elə evlərimizdən və bu evlərdə yaratdığımız qonaq otaqlarından danışmaq istəyirəm. Xalqımızın qonaqpərvərlik mədəniyyətini özündə ehtiva edən qonaq otaqlarından. Hansı ki, həmin otaqlar müasir dövrün evlərində artıq yoxdur. Çox şeylər kimi, uzaq kəndlərimizdə qalıb. O da ata-babalarımızdan oğullara miras qalan evlərdə. Dünənimizin çox böyük mənəvi dəyərini özündə əks etdirən həmin qonaq otaqlarından söhbət açaq...

Evlərin bünövrəsi qoyulanda...

Vaxtilə bütün şəhər və kəndlərimizdə yeni ailələr özlərinə ev tikərkən ata-baba qaydalarına əsaslanırdılar. Belə ki, istənilən ev layihəsində qonaq otağı da nəzərdə tutulurdu. Və ev tikilib başa çatanda artıq bu evə gələcək qonaqların otağı da hazır olurdu.

Daha sonra evin xanımı bu otağı bütün otaqlardan fərqli şəkildə bəzəyirdi. Burada hər şeyin daha gözəl olmasına, göz oxşamasına, xoş görünməsinə çalışırdı. Qonağın bu otaqda rahatlığı üçün bütün şərait yaradılırdı. Onun üçün ən yaxşı qab-qacaq ayrılıb dolaba yığılırdı. Bu qablar ancaq qonaq gələndən-gələnə ortalığa çıxarılırdı. Ən rahat yorğan-döşək, gözəl dəsmallar, yataq dəstləri qonaq üçün saxlanırdı.

Payızda bağ-bağçanın məhsulu yığılanda meyvələr də seçilib yaxşısı qonaq üçün ayrılıb zirzəmilərin bir tərəfinə yığılırdı. Yayda qadınların qışa tədarük etdikləri mürəbbə, kompot və turşuların da ən yaxşıları seçilib saxlanma otaqlarında bir kənardan yığılırdı ki, qarışıq düşüb istifadə olunmasın, bunlar qonaq üçündür.

Kəndlərimizdə qadınlar qış üçün qovurma hazırlayanda, meyvə qurudanda belə ailə üçün olandan əlavə qonaq üçün bir qaba da yığılırdı və ayrıca saxlanırdı. Deyərdilər ki, qəflətən evə qonaq gələr, qoy evdə hazır yemək, süfrəyə qoymağa bir şey olsun.

Bütün bunlar isə xalqımızın ailə dəyərlərinin, mənəvi keyfiyyətlərinin, eyni zamanda qonağa verilən dəyərin göstəricisi idi.

Qonaq otaqları isə demək olar ki, heç boş qalmırdı. Çünki evlərimiz daim qonaqlı-qaralı olurdu. Kənddə yaşayanların yayda, şəhərdə yaşayanların qışda evləri qonaqla dolub-boşalırdı. Bu otaqlar da tez-tez öz sahiblərinə qovuşurdu. İstər qohum-əqrəba, istər əsgər, tələbə, yol, iş yoldaşı, uşaqlıq dostu, istərsə də yoldan ötən Allah qonağı ilə...

Qonaq Allah qonağıdır...

Xalqımıza məxsus bir dəyəri filmlərdə də görmüşük, kitablardan da oxumuşuq, hətta ata-babalarımızdan da eşitmişik ki, qapı döyülən zaman ev sahibi, “kimdir” deyəndə və “Allah qonağı” sözünü eşidəndə, “Allaha da qurban olum, onun qonağına da” deyərək cavab veriblər. Beləliklə də bizdə bineyi-qədimdən belə bir fikir formalaşıb ki, qonaq Allah qonağıdır. Elə məhz buna görə də onun yeri də həmişə evimizin yuxarı başı olub. Biz Ulu Yaradana hansı hörmətlə yanaşırıqsa, evlərimizin qapısını döyüb içəri dəvət etdiyimiz qonaqla da eyni sayğı və hörmətlə davranmışıq, onlarla Allahın verdiyi ruzini bölüşmüşük.

Məhəmməd Peyğəmbər (s) buyururdu ki, qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar. Hələ belə bir hədis də var ki, Məhəmməd Peyğəmbər qonağın necə qarşılanması ilə bağlı kimliyini gizlədərək qapı-qapı gəzmiş və bunu müşahidə etmişdir. Yaxşı qarşılandığı evlərin ruzisi artmışdır.

Bəli, qonaq gəlməmiş onu ruzisi gələr evlərimizə. Biz bəzən bunun fərqində olmasaq da, lakin bu, belədir. Dəfələrlə olur ki, evdə nəyə isə ehtiyac olanda, o, heç gözləmədiyimiz təqdirdə yerini alır. Deməli, evimizə qonaq gələcək. Bu da onun özündən əvvəl gələn ruzisidir. Elə bütün bunları illərin sınaqlarından keçirən atalarımız da “Qonaq bərəkət gətirər”, “Qonaq sevənin süfrəsi boş olmaz”, “Uşaqsız ev susuz dəyirman, qonaqsız ev gülsüz bağçadır” və onlarla bu kimi deyimlər də söyləmişlər.

El arasında qonaqsız evlər haqında hələ bu sözləri də deyirlər: filankəsi qapısını özü açıb, özü bağlayır. Yəni heç bir qonağı-qarası olmur.

Bəli, qonaqqəbuletmə, onun rahatlığını təmin etmək heç də asan iş deyil. Lakin bunu çox böyük mərdliklə, mədəniyyətlə və ürək açıqlığı ilə bacaran xalqımız elə bu cəhətlərə görə də qonaqpərvər xalq kimi tanınmışdır.

Bəs bu gün?..

Bu gün, xeyr, artıq şəhərlərdə yaşayan insanlar qonaq qəbul etmək ənənəsindən xeyli aralı düşüblər. Bu adət-ənənə yenə də kəndlərimizdə qalıb. Bu gün də kəndlərdə ailələr özləri üçün tikdikləri yeni evlərdə bir otağın artıq olmasına çalışırlar ki, gələn qonaqlarını həmin otaqlarda ağırlaya-əzizləyə bilsinlər.

İndi şəhərlərdə əksər adamlar qonaqlarını kafe və restoranlarda qarşılayıb, oradan da yola salır. Və yaxud da evlərimizdə qonaq otağı nəzərdə tutmadığımızdan qohum-əqrəba bir dəfə qonağımız olandan sonra əlavə otağın-şəraitin olmadığını görür, gedir və bir daha qayıtmır. Beləliklə, biz qonaqpərvərlik kimi özünəməxsus xüsusiyyətimizi yavaş-yavaş itirməyə başlayırıq.

Bu gün şəhərlərdə özümüzün istirahət etdiyimiz, yəni divan-kreslo, qonaq gələndən-gələnə mətbəxdən çıxıb üzərində əyləşdiyimiz və yemək yediyimiz stol-stul, televizor olan otaqlara qonaq otaqları adı verilib. Elə mağazalarda satılan mebellər də “qonaq mebeli” adlandırılır. Lakin bu mebel dəstlərinin içərisində çarpayı yoxdur. Bəs belə isə bunun nəyi qonaq mebelidir? Yaxşı, qonaq gəlib bizim istirahət salonumuzda əyləşdi, yedi-içdi, bəs harada yatmalıdır? Ortalıqda-divandamı? Yəqin müasir qonaq mebelləri bunu nəzərdə tutur. Bunlar isə təbii ki, müasir dövrümüzün özünəməxsusluğudur.

Beləliklə də biz bizim olanları unudub tarixin arxivinə göndəririk. Kəndlərimizin sürətlə boşaldığı bir dövrdə, hər kəsin “şəhər-şəhər” deyib şəhərlərə üz tutduğu bir zamanda isə tək oralarda qalan bu adət-ənənələrin aqibəti heç də ürəkaçan deyil.

Allaha da, onun qonağına da qurban

Kəndlərimiz nə qədər boşalsa da, qonaq otaqlı evlər yenə orada qalır. Geniş evlər, həyətlər, şüşəbənd-aynabəndlər qapımızı açan hər bir qonağı ağırlaya bilməyimiz üçün yetərli və uyğundur.

Bu gün nəinki qonaqqəbuletmə ənənələrimiz, bayram, toy, yas və digər mərasimlər də kəndlərimizdə az-çox yaşadılır. Nədənsə insanlar ki, şəhərlərdə yaşamağa başlayır, kənddə gördüklərini, illərlə əhatəsində yaşadıqları adət-ənənələri unutmağa başlayırlar. Görəsən bu, şəhərin havasındandırmı, suyundandırma, yoxsa, nədəndir?

Nəticədə isə bir-birindən dəyərli, əziz, mentalitetimizin yaraşığı, dəyərlərimizin tacı olan adətlərimizi bir-bir sıradan çıxarırıq. Lakin onlar o qədər lazımlıdır ki, bunun qeydinə hər kəs qalmalıdır. Onlar yoxsa, biz biz olaraq qala bilərikmi? Biz başqalaşarıq, kimliyimizi unudarıq, boşluğa, yoxluğa düşmüş kimi hisslərlə yaşayarıq.

O evə ki, qonaq gəlmir, o evin şənliyi də yoxdur, deyirlər. Belə isə haradadır qonaqlarımız? Bəs nə üçün qonaq otaqlarını layihələrdən çıxardırıq? Evlərimizdə qonaq otaqları barədə ta düşünmürük. Hansı ki, bunu şəhərlərimizdə də yaşatmaq olardı. Ev alarkən otaq sayı çox olanını almaqla, bunu yaşada bilərdik.

Hələ də gec deyil. Qonaqpərvərliklə bağlı xüsusiyyətlərimizin başlıca göstəricisi olan qonaq otaqlarını evlərimizdən kənar salmayaq. Ev tikərkən də, alarkən də bunu nəzərə alaq və ata-baba ənənələrimizi yaşatmağa çalışaq.

Qoy qapılarımızı hər zaman qonaq döysün. Evlərimizdə, süfrə başında qonaqlarımz əyləşsin. Heç bir ev qonaq-qarasız olmasın. Nə vaxtadək bu qapıları özümüz açıb özümüz bağlayacağıq? Bu, əslində darıxdırıcı deyilmi? Belə isə kəndlərimizdəki kimi, şəhərlərimizdə yaşayanlar da ürəklərinin qapısını bir qədər geniş açmaqla qonaqlı-qaralı olmağı bacara bilərlər.

Qapılarımızın döyülməsi, “kimdir”, deməyimiz, “Allah qonağı” eşitməyimiz və “Allaha da, onun qonağına da qurban olum” deməyimiz ümidi ilə...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri