Icma.az
close
up
RU
Milli dövlətçiliyin simvolu Ulu Öndər Heydər Əliyev fenomeni

Milli dövlətçiliyin simvolu Ulu Öndər Heydər Əliyev fenomeni

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1993-cü ilin 3 oktyabrı Azərbaycan tarixinə dövlətçilik ənənələrinin bərpası, milli müstəqilliyimizin qorunması və xalqımızın xilası günü kimi daxil olmuşdur. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə, milli qurtuluş yolunun siyasi və hüquqi əsasını qoydu. Bu, yalnız bir seçki nəticəsi deyil, həm də Azərbaycan xalqının tarixi iradəsinin təntənəsi idi.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan böyük təhlükələrlə üz-üzə idi. Dövlət institutları iflic vəziyyətinə düşmüş, vətəndaş müharibəsi təhlükəsi real xarakter almışdı. Xalq yaxşı anlayırdı ki, bu fəlakətli vəziyyətdən çıxış yolu yalnız Ulu Öndər Heydər Əliyev kimi müdrik liderin siyasi iradəsi ilə mümkündür. Onun hakimiyyətə qayıdışı milli qurtuluşun başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyev bütün siyasi fəaliyyətində bir amalın – Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin xidmətçisi idi. 3 oktyabr seçkiləri xalqın ona göstərdiyi etimadın, sədaqətin və sevgisinin rəsmi təntənəsi oldu. O, həyatının bütün mərhələlərində xalqı üçün yaşadı və dövlətinə sədaqətlə xidmət etdi.

Ulu Öndər Heydər Əliyev siyasət meydanına atıldığı ilk gündən ömrünü Azərbaycan xalqına həsr etdi. Onun 1993-cü ildən etibarən həyata keçirdiyi siyasət ölkəmizi dağılmaq təhlükəsindən xilas etdi, müstəqil dövlət kimi dünyada tanınmasına zəmin yaratdı.

1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində ən çətin illərdən idi. Separatizm, daxili çəkişmələr, siyasi səriştəsizlik dövlətimizi iflic vəziyyətə salmışdı. Müstəqillik formal olsa da, reallıqda təhlükə altında idi.

Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra ölkədə hüquqi dövlət quruculuğu prosesini başlatdı, müstəqil iqtisadi siyasət həyata keçirməyə başladı. Onun uzaqgörənliyi sayəsində Azərbaycanın təbii sərvətləri xalqın rifahına yönəldi, ölkə dünya iqtisadi məkanına inteqrasiya etdi.

Müasir tariximizdə bu illər dövlət idarəçiliyində qeyri-peşəkarlığın, özbaşınalığın və anarxiyanın hökm sürdüyü dövr kimi xatırlanır. Xalq dövlətin gələcəyindən ümidsizləşmişdi. Lakin 1993-cü ilin oktyabr seçkiləri ilə ölkədə sabitliyin bərpası istiqamətində dönüş nöqtəsi yarandı.

Xalq yaxşı dərk edirdi ki, ölkəni yalnız Ulu öndər Heydər Əliyev kimi güclü, iradəli və təcrübəli bir lider xilas edə bilər. Bu, yeganə çıxış yolu idi və 3 oktyabr tarixi həmin həqiqəti təsdiqlədi.

Ən böyük xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq oldu. Ümummilli lider Heydər Əliyev olmasaydı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qala bilərdi. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan həm daxildə sabitlik qazandı, həm də beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi.

Həyatını təhlükə altına qoymuş Ümummilli Lider Heydər Əliyev öz şəxsi təhlükəsizliyini düşünmədən vətənə qayıtdı. Onun hakimiyyətə gəlişi böyük risklər bahasına başa gəldi. Lakin o, bütün təhlükələrə sinə gərərək yalnız xalqın xilası üçün addım atdı.

Seçkilərdə xalqın yekdil iradəsi Ulu öndər Heydər Əliyevə olan böyük sevgini göstərdi. Bu məhəbbət illər keçdikcə daha da gücləndi və bu gün də davam etməkdədir.

Ulu Öndər Heydər Əliyev fenomeni, onun şəxsiyyəti, siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi bir fenomen idi. Bu fenomen təkcə Azərbaycan miqyasında deyil, bütün dünya siyasətində qəbul olunan həqiqətə çevrildi.

Dünya miqyaslı siyasi peşəkarlıq, Ulu Öndər Heydər Əliyev həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə böyük dövlət xadimi kimi tanındı. Onun diplomatik bacarığı, dünya liderləri ilə qurduğu münasibətlər Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı.

Milli mənafe və dövlətçilik mövqeyindən təhlil ustalığı, Ulu Öndər Heydər Əliyev müzakirə etdiyi hər bir məsələni milli maraqlar baxımından dəyərləndirirdi. Onun siyasi üslubu, məntiqi və təhlil qabiliyyəti hər kəsdə heyranlıq doğururdu.

3 oktyabr 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu gün xalqın bir daha təsdiq etdiyi həqiqət ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi müstəqil dövlətimizin xilası və inkişaf yolunun başlanğıcı idi. O, həyatını Azərbaycanın gələcəyinə həsr etmiş, müstəqilliyimizi qoruyub möhkəmləndirmiş, xalqın qəlbində əbədiyaşarlıq qazanmışdır.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri