Icma.az
close
up
RU
Milli Həmrəylik və Ulu Öndər Heydər Əliyev fenomeni

Milli Həmrəylik və Ulu Öndər Heydər Əliyev fenomeni

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Həmrəylik daxildə formalaşan elə bir müqəddəs hissdir ki, onu heç bir qanunla, qərarla formalaşdırmaq mümkün deyil. Birlik, bərabərlik, həmrəylik hissinin böyük nəticə verməsi üçün bunun cəmiyyətə sirayət etməsi vacibdir. Söz yox ki, bu hisslərin formalaşmasında xalqımızın böyük övladlarının xüsusi rolu, əməyi var. Müstəqil Azərbaycan dövlətinin yaranmasında müstəsna xidmətləri olan xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin miras qoyduğu həmrəylik ənənələri bu gün də uğurla davam etdirilir.

Ümummilli Liderimiz Heydər Əliyev müstəqilliyimizin əbədiliyini təmin etməklə yanaşi eyni zamanda, beynəlxalq aləmdə xalqımızın vahid amal, məqsəd və məram ətrafında birləşdirən azərbaycançılıq ideologiyasınında əsasını qoydu. Ulu Öndərin çağırışının əsasını müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılarin vahid ideya ətrafında sıx birləşməsi fikri dayanırdı. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş bu tarixi qərar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət etdi. Azərbaycan Respublikasının Ali Soveti dekabrın 25-də müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və liderliyi ilə qəbul olunan qərarla bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu yolunda atılmış ilk addım idi.

Ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-ci ildə öz azadlığına qovuşan xalqımız müstəqil dövlətinin bərpa edilməsində ciddi problemlərlə qarşılaşmışdı. Bu dövürdə xüsusilə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, həmçinin Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyurdu. Ermənistan dövləti də bu vəziyyətdən öz məkrli planlarını həyata keçirmək üçün istifadə edir, üstəlik bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparırdı və məhz elə bu dövürdə diaspor quruculuğuna və lobbiçiliyə böyük ehtiyac duyulurdu. Xarici havadarların köməyi nəticəsində I Qarabağ müharibəsində, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistan dövlətinin məkirli, çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib idi.

Siyasi-iqtisadi böhranın və daxili çəkişmələrin davam etdiyi bir vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin təmin edilməsi və diaspor təşkilatlarının yaradılması dövlət siyasətinin əsaslarından birinə çevrildi. Ümummilli Liderimiz xarici ölkə səfərlərində olarkən mütəmadi olaraq vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşlər keçirir, onları dinləyir, məsləhətlər verirdi. Bu görüşlərdə həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla sıx əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və təşkilatlar arası fəaliyyətin yaradılması, bu fəaliyyətlərin davamlılığının təmin olunması vacib və təxirəsalınmaz məsələlər kimi önə çıxırdı. Bu sahədəki mövcud problemlər və bu problemlərdən çıxış yolları həll olunmalı idi. Vəziyyəti olduğu yerdən daha çevik vasitələrlə hərəkətə gətirmək və daha keyfiyyətli məcraya yönəltmək lazım idi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncam əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirildi. Qurultayın təşkili və keçirilməsi diaspor quruculuğunda yeni mərhələnin əsasını qoydu. Hər beş ildən bir keçirilən qurultaylar sosial, iqtisadi, hərbi və digər sahələrdə müstəqil Azərbaycanın uğurlarının dünyaya təqdimatında öz sözünü deyir. Bu gün artıq əminliklə qeyd edirik ki, yaradılan möhkəm təməl əsasında dünyada güclü Azərbaycan diasporu formalaşıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları ölkəmizin daha da qüdrətlənməsinə öz davamlı töhfələrini verməyə səy göstərir. Ümummilli Liderin bu sahədə apardığı siyasi kurs diaspora təşkilatlarının qazandığı uğurlarda öz bəhrəsini verməkdədir.

Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində apardığı işlər də öz uğurlu nəticəsini göstərdi. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində əldə olunan zəfərdə bu uğurlar öz aydın ifadəsini tapdı. Vətən müharibəsi və qazanılmış şanlı zəfər dünya azərbaycanlılarının həmrəyliyinin bir təcəssümüdür. Belə ki, xaricdə yaşayan soydaşlarımız bu dövürdə düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazlar edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətlər göstərməklə Qələbəmizə layiqli töhfə verirdilər.

Tarixə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı kimi yazılan V Qurultayda işğalın bitirilməsindən sonrakı dövründə xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan vəzifələr müzakirə edildi, görüləcək işlər, yol xəritəsi təqdim olundu. Prezident İlham Əliyevin həmin qurultaydakı çıxışında söylədiyi fikirlər “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!” yaxın keçmişimizə baxış və qarşıdakı dövrün ümumiləşdirilmiş ifadəsidir.

Bu gün artıq 46 ölkədə 417 cəmiyyət, assosiasiya, alyans və s. özündə birləşdirən aktiv lobbiçilik fəaliyyəti formalaşdırılıb. Bu cəmiyyətlərin böyük əksəriyyəti aşağıdakı ölkədə fəaliyyət göstərir. Hazırda daha cox Rusiyada, Gürcistanda, Almaniyada, İsveçdə, ABŞ-da, Türkiyədə, Qazaxıstanda, Kanadada, Özbəkistanda, Niderlandda və İsveçrədə təşkilatlanmış diaspora təşkilatları mövcuddur. İstər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsas üzvlərin, yəni bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi təşkil edir.

Gülşən Allahverdiyeva

YAP Yasamal rayon təşkilatının fəalı,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri