Icma.az
close
up
RU
Milli geyimlər mədəni kimliyimizi yaşadır

Milli geyimlər mədəni kimliyimizi yaşadır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Gözəllik ondur, doqquzu dondur” el məsəli özünün təsdiqini ilkin olaraq insanın geyim mədəniyyətinin təzahüründə ehtiva edir. Milli geyim hər bir xalqın əsrlər və nəsillər boyu formalaşdırdığı, onun maddi və mənəvi mədəniyyətinin ilkin təzahürüdür.

Azərbaycan folklorunun qədimliyini göstərən çeşidli müstəvilər sırasında ənənəvi geyim nümunələrinin xüsusi yeri var. Geyim tərzi estetik səviyyə göstəricisi, qarşı tərəf haqqında ilk təəssüratın yaradıcısıdır. İnsanın zəkası, əxlaqı, düşüncəsi barədə fikirlər ondan sonra müəyyənləşir. Eyni zamanda, hər bir tarixi-etnoqrafik bölgə (məsələn, Bakı, Gəncə-Qarabağ, Lənkəran-Astara, Muğan, Şəki-Şirvan, Quba) özünəməxsus xüsusiyyətləri ilə seçilir. Erkən orta əsrlərin Azərbaycan kişi və qadın geyimləri haqqında ətraflı məlumat Kitabi-Dədə Qorqud dastanında da qeyd olunub. Dastanda bütün geyimlər bir qayda olaraq “don” adlandırılıb.

Xəbər verildiyi kimi, ötən günlərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda ilk dəfə “Milli Geyimlər Günü” keçirilib və bu çərçivədə sözügedən mədəniyyət növünə həsr olunmuş silsilə tədbirlər düzənlənib. Bakı Uşaq Teatrının kollektivi isə “Canlı abidələr” adlı yeni layihəsi çərçivəsində milli geyimlərdə Dənizkənarı Milli Park və İçərişəhər ərazisində yürüş edib. Qərara alınıb ki, ayda bir dəfə – əlamətdar günlərdə paytaxtın müxtəlif yerləri, tarixi və mədəni abidələri bu şəkildə ziyarət olunsun.

“Milli Geyimlər Günü”ndə Qoşa Qala meydanında möhtəşəm sərgi açılıb. Azərbaycanın müxtəlif bölgələrinə məxsus özəl geyim nümunələri nümayiş etdirilib, milli rəqslər təqdim olunub, geyimlərin tarixi, semantik və regional xüsusiyyətləri barədə məlumatlar verilib.

Cazibədar libas bayramında ölkəmizin multikultural mədəni mənzərəsi də geyim mədəniyyəti vasitəsilə təqdim olunub. Paralel olaraq, İçərişəhərdə, Bakı Fotoqrafiya Evində elmi konfransın, praktik seminarların keçirilməsi, alim və mütəxəssislərin məruzələri dinlənilməsi, mövzu ətrafında fikir mübadiləsi aparılması tədbirin elmi-mədəni miqyasını daha da genişləndirib.

“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin bayramda yaxından iştirakı tədbirkləri daha da dolğunlaşdırıb. Birliyin İdarə Heyətinin sədri – tarix üzrə fəlsəfə doktoru Günay Çapay, bölmə rəhbərləri Günel Rəhimli və Aytən Əsədova məruzələrində Səfəvilər dövrünün geyim mədəniyyəti, Qızılbaşların tacı – baş geyimləri, eləcə də arxeoloji tədqiqatlarda qədim geyim nümunələrinin tapıntıları kimi mövzulara işıq tutublar.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev XQ-yə açıqlamasında deyib:

– Milli geyim hər bir xalqın tarixi-mədəni, estetik varlığının nişanəsidir. Müxtəlif rəng, biçim, ornament və üslub xüsusiyyətləri ilə seçilən tarixi libaslar sosial kimlik və mədəni özünüdərkin daşıyıcısı da sayılır. Milli rəqslərin müşayiəti ilə təqdim olunan geyimlər isə bu irsi statik sərgi predmetindən canlı mədəni performansa çevirir.

Qloballaşmanın, rəqəmsal transformasiyaların və süni intellektin mədəni həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi bir dövrdə milli-mədəni yaddaşın mühüm daşıyıcılarından olan hər bir detalın – musiqimizin, rəqslərimizin, folklorumuzun, sənətkarlığımızın, ornamentlərimizin və əlbəttə, geyimlərimizin qorunması, öyrənilməsi və yeni nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Çünki milli geyim yalnız geyim deyil. O, mədəni yaddaşın görünən formasıdır. Bir geyimin rəngi, naxışı, biçimi, materialı və istifadə məkanı müəyyən bir dövrün estetik zövqü, sosial münasibətləri, dünyagörüşü və identiklik təsəvvürləri haqqında informasiya daşıyır. Bu baxımdan milli geyimlərin nümayişi həm də mədəni yaddaşımızın vizuallaşdırılmasıdır.

“Milli Geyimlər Günü” tədbirlərində mənim diqqətimi çəkən və xüsusi olaraq qeyd etmək istədiyim məqamlardan biri də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmudun və onun komandasının tədbirdə başdan-ayağa milli geyimlərdə iştirak etməsi oldu. Bu, milli mədəni irsə münasibətin çox gözəl və təsirli ifadəsi idi. Deməli, Qoruğun tariximizi və mədəni irsimizi yalnız qoruyan deyil, onu müasir təqdimat imkanları ilə yaşadır və cəmiyyətə yenidən qazandırır.

Folklorşünas kimi xüsusilə vurğulamaq istərdim ki, milli geyim folklorun yalnız maddi komponenti deyil, kollektiv yaddaşın semantik kodlarından biridir. Geyim vasitəsilə müəyyən bir toplum özünü tanıyır, fərqləndirir və mədəni kimliyini vizual şəkildə ifadə edir. Onun elementləri ayrı-ayrılıqda və bütövlükdə xalqın tarixi təcrübəsi, estetik təsəvvürləri, sosial münasibətləri və dünyagörüşü haqqında informasiya daşıyır. Bu baxımdan milli geyimə folklorşünaslıq müstəvisində yalnız etnoqrafik nümunə kimi deyil, mədəni məna yaradan və nəsildən-nəslə ötürülən folklorik mətn kimi yanaşmaq mümkündür.

Digər tərəfdən, belə tədbirlər milli geyimin, sadəcə, qorunmasını deyil, onun mədəni dövriyyəyə və müasir yaddaş məkanına qaytarılmasını təmin edir. Folklorun yaşarlığı da məhz burada üzə çıxır: ənənə yalnız keçmişdən qalan dəyişməz nümunə deyil, yeni sosial və kommunikativ mühitlərdə yenidən mənalandırılan mədəni təcrübədir. Bu mənada, İçərişəhər kimi tarixi-mədəni məkanlarda milli geyimlərin təqdimatı keçmişlə bu gün arasında canlı kommunikativ əlaqə yaradır, folklorik irsin vizual yaddaşını aktuallaşdırır və onu xüsusilə gənc nəslin mədəni özünüdərkinin bir hissəsinə çevirir. Milli geyim burada muzey eksponatı olmaqdan çıxaraq yaşayan mədəni yaddaşın daşıyıcısına çevrilir.

AMEA Folklor İnstitutu üçün də İçərişəhər xüsusi əhəmiyyət daşıyan mədəni məkanlardan biridir. Qoruğun rəhbərliyi və kollektivi ilə institutumuz arasında formalaşmış əməkdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirir, bu münasibətlərin bundan sonra da folklor, mədəni yaddaş və tarixi-mədəni irsin tədqiqi və təbliği istiqamətində yeni layihələrlə zənginləşəcəyinə inanıram.

Milli geyimimizi yaşatmaq – yalnız keçmişi qorumaq deyil, eyni zamanda, mədəni yaddaşımızı gələcəyə daşımaqdır.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri