Icma.az
close
up
RU
Milli İncəsənət Muzeyində yeni təsviri sənət ekspozisiyası açılıb

Milli İncəsənət Muzeyində yeni təsviri sənət ekspozisiyası açılıb

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

30 sentyabr 2025-ci il tarixində, saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.

Metbuat.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı, akademik Ömər Eldarov və Azərbaycan Memarlar İtiffaqının sədri, Əməkdar memar Elbay Qasımzadə çıxış edərək ekspozisiyanın milli incəsənətimizin ötən əsrin 50-ci illərindən başlayaraq 2000-ci illərədək müxtəlif dövrlərini bir araya gətirməsi, rəssam və heykəltəraşların yaradıcılıq yolunu müəllifləri olduqları parlaq sənət nümunələri vasitəsilə təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Ekspozisiyada ümumilikdə 80-dək rəngkarlıq, heykəltəraşlıqvə eləcə də qrafika əsəriyer alıb.

Müxtəlif nəsillərə mənsub sənətkarların yaradıcılığını bir arada nümayiş etdirən ekspozisiya Azərbaycan təsviri sənətinin bütöv mənzərəsini yaradır. Burada həm XX əsrin əvvəllərində realizm üslubunda çalışan rəssamların sənət dünyası, həm də sonrakı dövrlərdə forma və ifadə vasitələrində yeni yanaşmalar ortaya qoyan modernistlərin axtarışları, eləcə də müasir dövrdə qlobal mövzulara müraciət edən rəssamların əsərləri təqdim edilərək tamaşaçıya milli rəssamlığımızın geniş üfüqlərini izləmək imkanı verir.

Tematika üzrə bölünmüş zallarda Bakının ecazkar mənzərələrini əks etdirən tablolar, görkəmli şəxsiyyətlərin psixoloji dərinliklə işlənmiş dolğun obrazları, gündəlik həyat səhnələrini canlandıran janr rəngkarlığı nümunələri və rənglə formanın fəlsəfi harmoniyasını ifadə edən mücərrəd əsərlər nümayiş olunur. Bütün bunlar Azərbaycan rəssamlıq məktəbinin həm klassik kökləri, həm də müasir axtarışlarını üzvi şəkildə birləşdirərək milli incəsənətin zənginliyini və dinamik inkişafını nümayiş etdirir.

Tağı Tağıyev, Qafar Seyfullayev, Vəcihə Səmədova, Bədurə Əfqanlı, Asəf Cəfərov, Bəyim Hacıyeva, Nadir Qasımov, Mirnadir Zeynalov, Fərhad Xəlilov, Çingiz Fərzəliyev, Salhab Məmmədov, Sirus Mirzəzadə, Aydan Salahova və digər qocaman və yeni dövr rəssamlarının əsərləri müxtəlif dövr və üslubları vahid bir məkan çərçivəsində təqdim etməkləXX əsr təsviri sənətinin dolğun mənzərəsini canlandırır.

Rəngkarlıq ekspozisiyasınaAzərbaycan heykəltəraşlığınınCəlal Qaryağdı, Elmira Hüseynova, Natiq Əliyev, Sahib Quliyev, Teymur Rüstəmov kimi müxtəlif nəsilləri təmsil edən parlaq nümayəndələrinin klassik və abstrakt üslubda yaratdıqları əsərlər xüsusi dərinlik qatır. Burada ənənəvi realizmlə müasir plastik dil yanaşı təqdim olunaraq tamaşaçıya milliheykəltəraşlıq məktəbinin inkişaf xəttini izləmək imkanı yaradır. Nümayiş olunan plastika nümunələrində həm insan obrazlarının psixoloji zənginliyi, həm də forma və məkan münasibətlərinin yeni interpretasiyası diqqəti cəlb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri