Icma.az
close
up
RU
“Art Weekend” çərçivəsində Milli İncəsənət Muzeyində sərgi açılıb

“Art Weekend” çərçivəsində Milli İncəsənət Muzeyində sərgi açılıb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində oktyabrın 30-da Milli İncəsənət Muzeyində Azərbaycan rəngkarlığının görkəmli nümayəndələrindən biri, nonkonformist rəssam Tofiq Cavadovun anadan olmasının 100 illiyi münasibətilə “Yarımçıq qalmış ömür” adlı retrospektiv sərgi açılıb.

525.az xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib.

Tədbirin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova çıxış edərək bildirib ki, Tofiq Cavadovun yaradıcılığı öz dövrünün sənət axtarışlarını, modern düşüncə tərzini əks etdirir.

Onun sözlərinə görə, sərgidə rəssamın müxtəlif yaradıcılıq dövrlərini əhatə edən əsərlər nümayiş olunur. Onların bir qismi ilk dəfə olaraq məhz Milli İncəsənət Muzeyində təqdim edilir.

Şirin Məlikova qeyd edib ki, ziyarətçilər bir ay müddətində Muzeydə Tofiq Cavadovun yaradıcılıq dünyası ilə yaxından tanış ola biləcəklər.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında Tofiq Cavadovun yaradıcılığını Azərbaycan təsviri sənətinə yeni baxışın başlanğıcı kimi dəyərləndirərək deyib: “O, klassik ənənələri qorumaqla yanaşı, müasirlik duyğusunu da sənətinə gətirə bilmişdi. Onun hər bir əsərində həyatın dərin mənasını, insanın daxili aləmini duymaq olur. Onun sənəti bu gün də gənc rəssamlar üçün ilham mənbəyidir”.

"Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru, incəsənət tədqiqatçısı Rafael Gülməmmədli diqqətə çatdırıb ki, Tofiq Cavadov yaradıcılığında milli kimliyi, modern düşüncə tərzini və avanqard üslubu birləşdirməyə çalışırdı.

Onun sözlərinə görə, Tofiq Cavadovun yaradıcılığının əhəmiyyətli bir hissəsi Abşeron rəssamlıq məktəbi ilə bağlıdır.

Sonra qonaqlar “Yarımçıq qalmış ömür” adlı retrospektiv sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın müxtəlif illərdə yaratdığı rəngkarlıq və qrafika nümunələri (o cümlədən kitab qrafikası, eskiz və s.) nümayiş olunur. Bu əsərlər Azərbaycan Milli İncəsənət Muzeyindən, Azərbaycan Dövlət Rəsm Qalereyasından, Bakı İncəsənət Mərkəzindən, həmçinin şəxsi kolleksiyalardan toplanaraq tamaşaçılara təqdim olunur.

Tofiq Cavadov 38 yaşında vəfat etsə də, sənətkar kimi müxtəlif muzey və şəxsi kolleksiyalarda yer alan qiymətli bədii irs qoyub. Bu irsin bir hissəsi – həm rəngkarlıq, həm də qrafika nümunələri indiyədək geniş ictimaiyyətə məlum deyildi.

Tofiq Cavadov yalnız rəssam kimi deyil, həm də kitab illüstratoru kimi tanınırdı. "Yarımçıq qalmış ömür” sərgisində onun kitab qrafikasına aid əsərləri multimedia formatında interaktiv təqdim olunur.

Qeyd edək ki, ötən il ərzində Azərbaycan Milli İncəsənət Muzeyi Tofiq Cavadovun iki əsərini – “Bakıda küçə” (1957) adlı rəngkarlıq əsərini və “Analıq” (1960-cı illər) adlı qrafik işini əldə edib. Həmçinin Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan “Tökmə sexi” tablosunun bərpası təşəbbüsünü irəli sürüb.

Sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlər ilk dəfə bir ekspozisiyada birləşdirilib, bu da tamaşaçılara və sənətşünaslara rəssamın yaradıcılığına yeni baxış imkanı yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri