Icma.az
close
up
RU
Milli kimliyimizin formalaşmasında mühüm rol oynayan zəngin irs

Milli kimliyimizin formalaşmasında mühüm rol oynayan zəngin irs

Icma.az bildirir, 525.az portalına istinadən.

Günay ƏFƏNDİYEVA
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti

22 iyul 2025-ci il tarixində bütün Azərbaycan milli mətbuatımızın 150 illik yubileyini qeyd edir. Bu möhtəşəm yubiley, 1875-ci ildə Həsən bəy Zərdabi ilə başlanan maarifçilik yolunun, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi neçə-neçə ziyalıların davam etdirdiyi böyük bir irsin bayramıdır. Bu irs yalnız jurnalistikamızın deyil, bütövlükdə milli kimliyimizin, ictimai fikrimizin formalaşmasında mühüm rol oynayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə media məkanında yeni bir mərhələ başladı. Latin qrafikalı əlifbaya keçid milli mediamızın Türk dünyasına, ümumilikdə müasir dünyaya inteqrasiyasını və Azərbaycançılıq məfkurəsinin ifadəsini gücləndirdi.

Bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə medianın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə biz bunun şahidi olduq. Bütün media mənsublarımız informasiya cəbhəsində səfərbər idi. Cənab Prezident şəxsən bu prosesə siyasi iradə ilə öncüllük edirdi. Hər kəs Azərbaycan həqiqətlərini, dezinformasiyaya qarşı real faktları beynəlxalq auditoriyaya çatdırmağa çalışırdı. Bizim jurnalistlərimiz o çətin günlərdə arxa cəbhədə olan, amma erməni təcavüzünə məruz qalan - Gəncədə, Bərdədə, Tərtərdə - haqqın və ədalətin müdafiəsi naminə cəbhədəki qəhrəman əsgərlərimiz kimi cəsurca mübarizə aparırdılar.

Bu gün də medianın üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətin obyektiv və operativ məlumatlandırılması, ictimai rəyin formalaşması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından jurnalistika mühüm rol oynamaqdadır.

Milli Mətbuatımızın 150 illiyində ölkəmizdə jurnalistika sahəsinin fədakarlıq zirvəsinə çevrilən Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev, Məhərrəm İbrahimov, Sirac Abışov və onlar kimi neçə-neçə qəhrəman jurnalistlərimizin əziz ruhunu böyük hörmət və minnətdarlıqla yad edirik.

Milli Mətbuat Günü münasibətilə uzun illər bu sahədə çalışan, milli mətbuat ənənələrimizin yaşadılmasına layiqli töhfə verən qocaman jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, jurnalistikanın yeni nəslində peşəkarlıq səviyyəsi, yüksək keyfiyyət standartları və Vətənə sədaqət daima prioritet olaraq qalsın.

İnanıram ki, "Əkinçi"nin maarifçi ruhu, "Molla Nəsrəddin"in cəsarətli sözü Milli Jurnalistikamızın fəaliyyətində hər zaman öz əksini tapacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri