AZMİU milli kadr potensialının formalaşmasında mühüm rol oynayıb Gülçöhrə Məmmədova
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
“Universitetimizin 50 illik yubileyi ilə üst-üstə düşən bu məzun mərasimi bizim üçün simvolik və strateji əhəmiyyət daşıyır".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova deyib.
"AzMİU ötən yarım əsrdə yalnız bir ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda memarlıq və inşaat sahəsində milli kadr potensialının formalaşmasında, elmi-tədqiqat işlərinin aparılmasında, beynəlxalq əməkdaşlıqların qurulmasında mühüm rol oynayıb. Bugünkü göstəricilər – çoxpilləli təhsil modeli, beynəlxalq proqramlar, əcnəbi tələbələrin artan marağı və məzunlarımızın peşəkar uğurları universitetin sabaha olan inamını daha da möhkəmləndirir. 50 illik təcrübəmizə əsaslanaraq gələcək dövrdə də keyfiyyətli təhsil, innovativ yanaşma və davamlı inkişaf istiqamətində irəliləməyə davam edəcəyik", - deyə G.Məmmədova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 İyul 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















