Icma.az
close
up
RU
Milli Kitab Mükafatı təsis edilsin! TƏKLİF

Milli Kitab Mükafatı təsis edilsin! TƏKLİF

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş sənədə əsasən, dövlət varidatı elan edilən müəlliflərin siyahısı hazırlanmışdır. Çox yaxşı olardı ki, həmin siyahıda yer alan müəlliflərin əsərləri xüsusi seriyada, çoxcildli şəklində nəşrlərlə çap olunsun. 

Modern.az xəbər verir ki, bunu deputat Elnarə Akimova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat həmçinin təmsil etdiyi Sumqayıt şəhərində görülən işlərin əhəmiyyətini vurğulayaraq bir neçə təklif də irəli sürüb

“Şəhərdəki kitabxanaların çoxu əsaslı təmirə ehtiyac duyur. Döşəmələr yararsız haldadır. Əsas problemlərdən biri Cəfər Cabbarlı adına Mədəniyyət Evinin qəzalı vəziyyətdə olmasıdır. Halbuki bu mədəniyyət evi tarixi abidə kimi qorunmalıdır. Hacı Zeynəlabdin qəsəbəsində də eyni hal yaşanır. 40 mindən çox əhalisi olan bu ərazidə bir dənə də olsun mədəniyyət evi yoxdur. Tədbirlər məktəb akt zallarında keçirilir”.

“Hörmətli maliyyə nazirimiz Sahil Babayevin burada olmasından istifadə edərək, Komitə iclasında qaldırdığım Milli Kitab Mükafatının təsis olunması məsələsini yenidən diqqətə çatdırmaq istəyirəm. Mən inanıram ki, siz bu məsələyə həssas yanaşacaqsınız.

Biz siyasətdə, idmanda sözümüzü demişik. İndi isə zəfər qazandığımız bir dövrdə, sözümüzü və həqiqətlərimizi bədii təcəssüm vasitəsilə dünyaya çatdırmağa ehtiyacımız var. 90-cı illərin çətin dövrlərində Ümummilli Lider Heydər Əliyev ədəbiyyatımızı və mədəniyyətimizi zədəsiz qoruyub saxladı. Bu gün isə cənab Prezident milli dilin qorunması ilə bağlı çağırışlar edir.

Kitab siyasətinə xüsusi diqqət ayırmalıyıq. Çünki məhz kitablarda milli kimliyimiz, yaddaşımız qorunur. Dil səlisliyinin qorunması da buraya daxildir. Əgər biz yaddaşlı bir nəsil yetişdirmək istəyiriksə, bu sahəyə sərmayə qoymaqdan çəkinməməliyik” – deyə E. Akimova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri