Milli Kitabxanada Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 fevral, AZƏRTAC
Milli Kitabxanada tanınmış yazıçı, şair, dramaturq, tərcüməçi və pedaqoq Abdulla Şaiqin 145 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə görkəmli ədibin şeirləri, qəzəlləri, poemaları, pyesləri, hekayələri, povest və romanları, tərcümələri, tərtibçi və redaktor olduğu kitablar nümayiş olunur.
Həmçinin Abdulla Şaiqin həyatı, nəsr və tərcümə yaradıcılığı, dramaturgiyası, vətənpərvərlik, etika və tərbiyə, qadın azadlığı məsələlərinə aid baxışları, pedaqoji və ədəbi-tənqidi görüşləri, ev-muzeyi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və fotolar yer alıb.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Virtual sərgi ilə link vasitəsilə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















