Milli Kitabxanada Anım Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 sentyabr, AZƏRTAC
Milli Kitabxananın əməkdaşları tərəfindən “27 Sentyabr - Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Zəfər salnaməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















