Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə “Azərbaycanda təhsilin inkişafı və təhsil siyasəti”, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”, “Milli təhsilin uğurları və hədəfləri”, “Süni intellekt təhsil prosesində” və digər mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və kitablar təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı, Milli təhsil strategiyası, Heydər Əliyev Fondunun ölkəmizin təhsil sahəsində fəaliyyəti, təhsilin inkişafına göstərilən diqqət və qayğı, görkəmli pedaqoqlar və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















