Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Firudin Şuşinski 100” adlı sərgi açılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Milli Kitabxanada görkəmli musiqişünas və tədqiqatçı, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin 100 illiyi münasibətilə ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin əsərləri, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə çap olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Firudin Mahmud oğlu Həsənov (Firudin Şuşinski) 1925-ci il oktyabrın 20-də Şuşada anadan olub. İlk təhsilini Şuşada alıb, 1931-ci ildə musiqi məktəbində skripka dərslərinə başlayıb. Pedaqoji məktəbi bitirdikdən sonra bir müddət müəllim işləyib. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanıb və döyüşlərdə fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Müharibədən sonra Ağdamda ədəbiyyat müəllimi kimi çalışıb. 1946-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və uğurla bitirib.
Onun ilk məqaləsi “Vaqif və Qarabağ”a həsr olunub. 1968-ci ildə “Şuşa”, 1970-ci illərdə Cabbar Qaryağdı və Seyid Şuşinski haqqında kitabları, 1979-cu ildə “Azərbaycanın Xalq müğənniləri və musiqiçiləri” kitabı işıq üzü görüb.
2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunmuş “Sadıxcan” kitabı çap olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Oktyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















