Icma.az
close
up
RU
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Kitabxanada professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb.

525.az xəbər verir ki, sərgidə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin müəllifi olduğu əsərlər, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı əsərlər, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda nəşr olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Əməkdar incəsənət xadimi, pedaqoq, sənətşünaslıq doktoru, teatrşünas, professor Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1967-1972).

Əmək fəaliyyətinə AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllim (1976-1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatr tarixi kafedrasında müəllim, baş müəllim (1978-1985), sonra isə dosent və professor kimi fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb.  Artıq uzun illərdir milli teatr prosesini araşdıran, istedadlı yetirmələri ilə fəxr edən Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər bu kimi qiymətli yazıların müəllifidir.

1998-ci ildə “Qızıl Dərviş” mükafatı laureatı, 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2008-ci ildə “Humay”,  2015-ci ildə isə “Cəfər Cabbarlı” və “TÜRKSOY” mükafatlarına layiq görülüb, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri