Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 iyul, AZƏRTAC
Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Milli Kitabxanada “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin əsərləri, şairin həyatı və yaradıcılığı haqqında kitablar, xatirə, şəkil, əlyazma və yeni sənədlərdən ibarət nəşrlər Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.


