Milli Kitabxanada Möhsün Nağısoyluya həsr olunmuş sərgi açılıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milli Kitabxanada filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 80 illik yubileyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim edilib.
Kitabxanadan XQ-yə bildirilib ki, “Möhsün Nağısoylu - 80” adlı ənənəvi sərgidə alimin monoqrafiyaları, dərslikləri, “Ön söz” müəllifi, tərtibçisi və rəyçisi olduğu nəşrlər, tərcümələri və redaktəsi ilə hazırlanmış kitablar, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş Azərbaycan dilində nəşrlər və dövri mətbuat materialları nümayiş olunur.
Möhsün Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Alim bir sıra beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış edib. Onun məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxıb.Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Sentyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















